SpaceX şirkəti 2 ədəd neft buruğu alıb: Neft buruqları şirkətə hansı səbəbə görə lazımdır?

SpaceX şirkəti 2 ədəd neft buruğu alıb: Neft buruqları şirkətə hansı səbəbə görə lazımdır?

Texnologiya
21.01.2021 PAYLAŞIM

    Görünür, SpaceX şirkəti Starship kosmik gəmilərinin kosmosa start uçuşları üçün nəzərdə tutulmuş üzən platformaların sıfırdan hazırlanması ideyasından imtina edib. Belə ki, bu məsələdə daha büdcəli versiyalar mövcuddurlar. SpaceX şirkəti Texas ştatında yerləşən 2 ədəd neft buruğu alıb. Sözügedən neft buruqları şirkətin tərkibinə daxil olandan sonra onlardan biri Deimos digəri isə Phobos adını əldə edib.

    Çox güman ki, məhz bu neft buruqları raketlər üçün uçuş kosmodromuna çevriləcəklər. Bu barədə CNBC saytı xəbər verib. Keçən ilin yay fəslində Crew Dragon sərnişin kapsulunun uğurlu şəkildə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndəriləndən sonra Elon Musk öz əməkdaşları qarşısına yeni prioritetli məqsəd qoymuşdu. Söhbət, yüzlərlə insanı Aya Marsa çatdıra biləcək çoxistifadəli Starship raketinin hazırlanmasından gedir.


Bu, SpaceX-in 18 illik fəaliyyətinin kulminasiya nöqtəsi olmalıdır.

    Keçən ilin sonunda məlum oldu ki, Musk, Starship prototipinin testi üçün Boka-Çikadakı 2 start meydançasından istifadə etməyi planlaşdırır. İndi isə şirkət iflasa uğramış Valaris adlı şirkətin 2 neft buruğunu alıb. Onlardan hər birinin qiyməti isə 3.5 milyon dollar təşkil edib. Sözügedən neft buruqları birbaşa deyil, keçən ilin iyun ayından fəaliyyətə başlamış Lone Star Mineral Development adlı korporasiyanın vasitəçiliyi ilə alınıb. Bu korporasiya isə SpaceX-in maliyyə direktorunun adına qeydiyyatdan keçirilib. SpaceX hələki bu məsələ ilə bağlı bir fikir bildirməyib.

    Keçən ilin yay fəslində SpaceX üzən kosmodromların inşası vakansiyası açmışdı. İndiyənə kimi bu məsələ ilə bağlı heç bir yeni məlumat ortaya çıxmamışdı. İndi isə şirkətin 2 ədəd meft buruğu alması onu göstərir ki, çox güman ki, maliyyə məsələləri səbəbindən şirkət üzən kosmodromların sıfırdan hazırlanması fikrindən imtina edib və alınmış neft buruqlarının uçuş startı kosmodromlarına çevrilməsinə qərar verib. Heç istisna deyil ki, şirkət daxilində üzən kosmodromların sıfırdan inşası layihəsi davam etdirilir və əldə olunmuş neft buruqları sadəcə olaraq ayrı-ayrı mühəndislik məsələlərinin testləri üçün nəzərdə tutulub. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×