main-post-cover

    SpaceX şirkəti 2021-ci il üçün Yer kürəsinin orbitinə turistik uçuş planlaşdırır

    Elm & Texnologiya
    19.02.2020
    Emil Nəcəfov
        SpaceX kosmik turizm ilə məşğul olan Space Adventures adlı ABŞ şirkəti ilə Yer kürəsinin orbitinə 4 nəfərlik turistik uçuş missiyası üzrə müqavilə bağlayıb. Bu barədə Space.com saytı xəbər verib. Turistik uçuş missiyası 5 gün çəkəcək. Şirkətin verdiyi məlumata sasən həmin missiya 2021-ci ilin sonunda reallaşdırıla bilər. Space Adventures şirkəti turistik uçuşlar üçün Crew Dragon kosmik aparatından və Falcon 9 raketindən istifadə edəcək.
        Kosmosa yollanacaq turistlər BKS-ə (Beynəlxalq Kosmik Stansiya) baş çəkməyəcəklər. Kosmik aparat sadəcə olaraq Yer kürəsinin orbitində uçacaq. Məlumatda qeyd edilib ki, həmin missiya özəl kosmik uçuşlar arasında uçuş yüksəkliyi rekorduna imza atacaq. Şirkətlər uçuşun hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyiblər.
        Lakin bir nəfər üçün turistik uçuşun qiyməti digər özəl kosmik uçuşlarda olan qiymətlər ilə eyni olmalıdır. Qeyd etmək lazımdır ki, Space Adventures şirkəti daha öncədən 7 turist üçün BKS-ə 8 kosmik uçuş reallaşdırıb. Bütün həmin uçuşlar 10 milyonlarla dollara başa gəlib. Məsələn Cirque du Soleil-in yaradıcısı Guy Laliberte Yer kürəsinin orbitində 11 gün qalmaq üçün 2009-cu ildə 35 milyon dollar vəsait ödəmişdi. 
    Linki kopyala