
Elon Musk-ın kosmik şirkəti “SpaceX”, 21.2 milyard dollar dəyərləndirmə ilə 350 milyon dollar investisiya cəlb etdi.
Beləliklə “SpaceX”,
dünyanın ən çox dəyərləndirilən məhdud məsuliyyətli şirkəti adına laiq görüldü.
Maliyyələşdirmə tərəfdən heç bir təfərrüatlar bilinməsə də, sözügedən
investisiya raundunun bu ay bitdiyi məlumdur. Məlumata əsasən “SpaceX”in
dəyərləndirilməsi, keçən dəfəki investisiya raundundan sonra 2 dəfə (12
milyarddan 21.2 milyard dollara kimi) böyüyüb. 2015-ci ilin Yanvar ayında
keçirilmiş həmin investisiya raundu zamanı “SpaceX”ə, “Google” şirkəti və
Fidelity adlı fond ümumilikdə 1 milyard dollar investisiya yatırmışdı.
CrunchBase məlumatlarına əsasən 2002-ci ildən bəri “SpaceX”, 11 investordan
ümumilikdə 1.5 milyard dollar investisiya almışdır. “CB Insights” şirkətinin
analitiklərinin fikrincə şirkətin hal-hazırki dəyərləndirmə göstəricisindən
sonra o, vençur investisiyalara sahib dünyanın ən böyük 7 şirkəti
siyahısındadır. Bu siyahıda birinci yerdə “Uber” (69.8 milyard dollar dəyərləndirmə),
ikinci yerdə “Didi” (49.9 milyard dollar dəyərləndirmə), üçüncü yerdə “Xiaomi” (45.5
milyard dollar dəyərləndirmə), dördüncü yerdə “Airbnb” (31 milyard dollar dəyərləndirmə),
beşinci yerdə, məlumatlar analizi üçün nəzərdə tutulmuş servislər yaradıcısı
Palantir (21.3 milyard dollar dəyərləndirmə), altıncı yerdə isə co-working şəbəkəsi
WeWorking (20.8 milyard dollar dəyərləndirmə) qərarlaşır.
Şərh yoxdur