SpaceX şirkəti Ay ətrafı uçuşa yollanacaq ilk kosmik turistin adını açıqladı
18.09.2018
Farid Pardashunas
Elon Musk öz Twitter hesabında yaponiyalı milyarder Yusaku
Maezawa ilə birlikdə çəkilmiş fotonu paylaşıb. Bu şəxs 2023-cü ildə BFR (Big
Falcon Rocket) raketi vasitəsilə Ay ətrafı uçuş edərək dünyanın ilk kosmik
turisti olmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Maedzawa, Zozo adlı online
geyim mağazasının sahibidir. Maedzawa Ay ətrafı uçuşundan art layihə yaratmaq
niyyətindədir. Buna görə də onunla birlikdə bu uçuşda incəsənət dünyasından 8 nəfər
də (rəssam, musiqiçi, film yaradıcısı, geyim dizayneri və s.) iştirak edəcək.
Kosmik səyahət çərçivəsində turistlərdən ibarət qrup SpaceX şirkətinin BFR
raketi vasitəsilə Ay ətrafında uçuş edərək Yer kürəsinə qayıdacaq. Təqribi
hesablamalara görə bunun üçün 1 həftə zaman lazım olacaq. Qeyd etmək lazımdır
ki, SpaceX ilk kosmik turist ilə hələ 14 Sentyabr tarixində müqavilə
bağlamışdı. Lakin onun kim olduğu bugün məlum oldu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)