SpaceX şirkəti Ay ətrafı uçuşa yollanacaq ilk kosmik turistin adını açıqladı

SpaceX şirkəti Ay ətrafı uçuşa yollanacaq ilk kosmik turistin adını açıqladı

18.09.2018 PAYLAŞIM

    Elon Musk öz Twitter hesabında yaponiyalı milyarder Yusaku Maezawa ilə birlikdə çəkilmiş fotonu paylaşıb. Bu şəxs 2023-cü ildə BFR (Big Falcon Rocket) raketi vasitəsilə Ay ətrafı uçuş edərək dünyanın ilk kosmik turisti olmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Maedzawa, Zozo adlı online geyim mağazasının sahibidir. Maedzawa Ay ətrafı uçuşundan art layihə yaratmaq niyyətindədir. Buna görə də onunla birlikdə bu uçuşda incəsənət dünyasından 8 nəfər də (rəssam, musiqiçi, film yaradıcısı, geyim dizayneri və s.) iştirak edəcək. Kosmik səyahət çərçivəsində turistlərdən ibarət qrup SpaceX şirkətinin BFR raketi vasitəsilə Ay ətrafında uçuş edərək Yer kürəsinə qayıdacaq. Təqribi hesablamalara görə bunun üçün 1 həftə zaman lazım olacaq. Qeyd etmək lazımdır ki, SpaceX ilk kosmik turist ilə hələ 14 Sentyabr tarixində müqavilə bağlamışdı. Lakin onun kim olduğu bugün məlum oldu.


Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×