SpaceX şirkəti Crew Dragon kosmik gəmisini uğurla Beynəlxalq Kosmik Stansiyaya göndərib (VİDEO)

SpaceX şirkəti Crew Dragon kosmik gəmisini uğurla Beynəlxalq Kosmik Stansiyaya göndərib (VİDEO)

Texnologiya
04.03.2019 PAYLAŞIM

    SpaceX şirkətinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) astronavt çatdırılması üçün nəzərdə tutulmuş Crew Dragon adlı kosmik gəmisi öz uğurlu uçuşunu reallaşdırdı. Bu barədə Hightech.plus saytı xəbər verib. Kosmik gəmi keçən həftənin şənbə günündə uçuşa start verib. Onun daxilində isə rejissor Ridley Scott-un vaxtı ikən çəkmiş olduğu “Alien” filmindəki Ripley adlı məşhur personajın manekeni və çəkisizlik indekatoru yerləşdirilib. SpaceX şirkəti sözügedən uçuşun startını canlı yayım vasitəsilə sərgiləyib. Bu missiyanın uğurlu olacağı halında Crew Dragon kosmik gəmisi NASA-nın, Rusiya Federasiyasının kosmik agentliyi tərəfindən hazırlanmış kosmik gəmilərdən asılılığına son qoyacaq ABŞ istehsalı iki kosmik gəmidən biri olacaq.


Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, ABŞ-ın Space Shuttle adlı kosmik proqramına son qoyulduqdan sonra astronavtları BKS-ə yalnız Rusiya istehsalı komsik gəmilər çatdırırlar. SpaceX şirkəti missiyanın ilk mərhələsinin reallaşdırılmasını uğurlu adlandırıb. Kosmik gəmi BKS-ə uçuş trayektoriyasına keçid edəndən sonra onu kosmik səviyyəyə çatdırmış raket pillələri uğurlu şəkildə Yer kürəsinə qayıdıblar. 24 saatdan sonra isə Crew Dragon kosmik gəmisi uğurlu şəkildə BKS-ə birləşdirilib. BKS-də kosmik gəmi 5 gün qalandan sonra Yer kürəsinə geri dönəcək.


    Demo-1 adlı missiyanın reallaşdırılması çərçivəsində SpaceX şirkəti NASA-ya sübut etməlidir ki, onun kosmik gəmisi heç bir risk olmadan astronavtları BKS-ə çatdıra bilər. Bu, SpaceX-in mövcud olduğu 17 il ərzində şirkətin ən önəmli mərhələsidir. NASA öz növbəsində bildirib ki, kosmik gəmi üzrə yekun qərarın verilməsinə onun Yer kürəsinə qayıtması prosesi təsir edəcək. Əsasən də kosmik gəminin atmosferə daxil olacağı an. Əgər Demo-1 missiyası uğurlu hesab edilsə, bu ilin aprel ayında Crew Dragon-un növbəti uçuşu zamanı onun qəza xilasetməsi sistemi test ediləcək. Əgər o da uğurla yekunlaşsa şirkət artıq idarəolunan uçuşların reallaşdırılması üçün işlərə start verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..

×