
SpaceX şirkəti Crew Dragon kosmik gəmisinin sərnişin kapsulunun yeni testini keçirtdi
Elm & Texnologiya
14.11.2019
Emil
SpaceX-in Crew Dragon kosmik gəmisinin sərnişin kapsulunun uğursuz testindən 7 ay sonra şirkət yenidən sərnişin kapsulunun testinə cəhd edib. İnternetdə artıq bu testin ilk fotosu ortaya çıxıb. Bu barədə Space.com saytı xəbər verib. İlkin uğursuz testin səbəbi kimi çıxış etmiş yanacaq sisteminin təkmilləşdirilməsindən sonra sərnişin kapsulu növbəti testdən keçib. Hal hazrıda SpaceX şirkəti NASA agentliyi ilə birlikdə sərnişin kapsulundakı kompüter göstəricilərini analiz edirlər və sərnişin kapsulunun Yer kürəsinin atmosferinə göndərilməsinə hazırlaşırlar.

Həmin uçuş zamanı sərnişin kapsulu üçün qəza vəziyyəti modelləşdiriləcək. Crew Dragon kosmik gəmisinin gövdəsinə yerləşdirilmiş 8 ədəd SuperDraco mühərriki sərnişin kapsulunu raketdən ayıraraq onu lazımi yerə çatdırmalıdır. Əgər Yer kürəsinin atmosferində keçiriləcək testlər uğurla başa çatsa, şirkət BKS-ə (Beynəlxalq Kosmik Stansiya) fərdi reyslərin tarixini açıqlayacaq. Güman olunur ki, bu cür reys artıq gələn il üçün planlaşdırılıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
