'SpaceX' şirkəti daxilində: İnsanları digər planetlərə göndərməyi özünə məqsəd qoymuş şirkətdə çalışmaq nə deməkdir?

'SpaceX' şirkəti daxilində: İnsanları digər planetlərə göndərməyi özünə məqsəd qoymuş şirkətdə çalışmaq nə deməkdir?

Texnologiya
07.01.2018 PAYLAŞIM

Artıq ikinci ildir ki, “SpaceX” işə düzəlmək üçün ən yaxşı şirkətlərdən biri hesab olunur. Bu cür reytinq isə Glassdoor saytındakı rəylər nəticəsində tərtib olunur. “SpaceX”in HR üzrə vitse-prezidenti Brian Bjelde işə düzəlmək barəsində bütün incəliklər və insanların nəyə görə Elon Musk-ın şirkətində çalışmaqdan xoşlarının gəldikləri barəsində danışıb.

“SpaceX”də sizin CV məlumatlarına fikir verilməsi üçün nə etmək lazımdır? İlk öncə “SpaceX” öz işinə və məqsədyönlülüklərinə böyük ehtiras bəsləyən bacarıqlı kadrları axtarır. Şirkət artıq şirkətdə çalışan insanlardan daha bacarıqlılarını yığmağa çalışır. “SpaceX” kadrının hansısa işin öhdəsindən gələcəyini yoxlamaq üçün ən yaxşı üsul onun bacarıqlarının praktiki olaraq yoxlanmasıdır. Əgər şirkət işə qaynaqçını götürmək istəyirsə, müsahibə zamanı həmin şəxsdən nəyinsə qaynağını etməyi tələb olunacaq. Bu cür proses təkcə mühəndislər üçün deyil, həmdə şirkətin istənilən işçi namizədi üzərində aparılır.


Müsahibədə hansı suallar verilir? Bjelde-nin sözlərinə əsasən CV əsasən namizədin öz nailiyyətləri barəsində savadlı danışıq bacarığını əks etdirir. Namizədin əsl bacarıqlarını öyrənmək üçün müsahibə zamanı məsələn səhvlər və onları necə düzəltmək, motivasiya və namizədin çətinlikləri necə aşması barəsində suallar verilir.

Şirkətin korporativ mədəniyyəti haqqında: “SpaceX”in korporativ mədəniyyətinin mərkəzində şirkətin əsas missiyası durur. İnsanları digər planetlərə göndərmək. “Biz bu missiya haqqında uzun illər bundan öncə danışsaydıq, bizləri çox güman ki, dəli adlandırardılar. Lakin həmin vaxtlarda heç kim inanmırdı ki, biz Yer kürəsinin orbitinə raket göndərə biləcəyik. Biz bunu bacardıq. İndi isə biz 19 raket göndərmişik və onlardan 3-ü kosmosda təkrar olublar. Bizi tənqid edənlər bizim pərəstişkarlarımıza çevrilirlər” – deyə Bjelde bildirib.

Şirkətin hər bir işçisi onun missiyasını yerinə yetirməyə çalışır. Sizin nə ilə məşğul olduğunuzun fərqi yoxdur. Mühəndis layihələrinin rəhbərisiniz və ya işçilərə qəhvə verirsiniz. Bütün işçilər “SpaceX”in əsas məqsədinə ümumi töhfələrini verirlər. Həmin missiya isə şirkətin korporativ mədəniyyətinin əsas hissəsidir.

“SpaceX” işçiləri hansı bonus və üstünlükləri əldə edirlər? İşçilər raketlərin start hadisələrində iştirak edə və öz gözləri ilə bütün prosesi izləyə bilərlər. Bundan əlavə olaraq bu cür hadisələrin müşahidəçisi olmaq üçün onlar hətta öz ailə üzvlərini də gətirə bilərlər.

Elon Musk ilə çalışmaq necə bir hissdir? Bjelde, Musk-ı lider nümunəsi hesab edir. Hər bir işçi heç də Musk ilə birbaşa işləmir, lakin faktiki olaraq Musk hər bir işçiyə yardım edir. Elon Musk-ın işi şirkətin seçilmiş məqsədə doğru irəliləməsini və hər bir işçinin hər gün nailliyyətini yüksəltməsini təmin etməkdir. Bjelde onu da qeyd edib ki, Musk o nadir lider nümunələrindəndir ki, o öz şirkətinə və onun məqsədinə biganə deyil. Buna görə də heç təəccüblü deyil ki, o, Glassdoor saytında ABŞ-ın ən yaxşı sahibkarları siyahısında 8-ci yerdə qərarlaşıb.

Mənbə: www.Entrepreneur.com

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..

×