main-post-cover

    SpaceX şirkəti Falcon 9 raketi ilə ABŞ-ın yeni GPS peykini kosmosa uğurla göndərdi (VİDEO)

    Elm & Texnologiya
    24.12.2018
    Farid Pardashunas
        Dünən SpaceX şirkəti, daxilində GPS III SV01 adlı üçüncü nəsil qlobal peyk sistemini birləşdirən Falcon 9 raketinin uğurlu uçuşunu reallaşdırdı. Beləliklə şirkət bu il sayca 21-ci olan uçuş missiyasını uğurla həyata keçirdi. Sözügedən peyk Yer kürəsinin orbtinə startdan 1 saat 56 dəqiqədən sonra göndərildi. 3.8 ton ağırlığında olan bu peyk sistemi Yer kürəsinin orbitində üçüncü nəsil 32 peykdən ibarət olacaq qrupun ilk orbital peykidir. Müəyyən vaxtdan sonra həmin peyklər hal hazırda bütün dünyanı GPS siqnalı ilə təmin edən köhnəlmiş peykləri əvəz edəcəklər.

        ABŞ-ın hərbi hava qüvvələrinin bu yeni aparatları çox güclü siqnala sahibdirlər və onlar mülki obyektlərin yerlərini daha dəqiq təyin etməyi bacarırlar. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti 6 peykdən beşinin Yer kürəsinin orbitinə göndərilməsi missiyasının tenderində qalib gəlib. Sözügedən peykləri isə LockheedMartin şirkəti istehsal edir. Peyklərin hər birinin çalışma müddəti 15 ildir. ABŞ-ın hərbi hava qüvvələri ilə SpaceX şirkəti arasındakı müqaviləyə əsasən SpaceX Falcon 9-un dəfələrlə istifadəyə yararlı pilləsini özünə geri qaytarmağı düşünmür. Bunun yerinə şirkət həmin pilləni okeanda batıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər