Logo
    SpaceX şirkəti kosmik turizm biznesini işə salmağa hazırlaşır

    SpaceX şirkəti kosmik turizm biznesini işə salmağa hazırlaşır

         SpaceX şirkəti kosmik turizmdən faydalanmaq istəyən hər kəsdən müraciətləri qəbul etməyə başlayıb. Şirkət hal-hazırda kosmik turistlərə Yer kürəsinin orbitinə və BKS-ə (Beynəlxalq Kosmik Stansiya) uçuşları təklif edir. Gələcəkdə isə şirkət kosmik turistlərə həmçinin Ay Marsa uçuşları təklif edəcək. Yer kürəsinin orbitinə və BKS-ə uçuşlar üçün SpaceX şirkəti Dragon Capsule adlı kosmik aparatdan və Falcon 9 raketindən istifadə edəcək. Gələcəkdə baş tutması gözlənilən Ay və Mars uçuşlarında isə şirkət artıq Starship kosmik gəmisindən istifadə edəcək. SpaceX bildirib ki, Yer kürəsinin orbitinə uçuş turu 3 gündən 6 günə kimi, BKS-ə uçuş turu isə 10 günlük olacaq.
         Ay və Mars uçuşları barəsində konkret bir məlumat olmasa da, şirkətin sözlərinə əsasən Ay uçuş turu 12 nəfər sərnişin üçün 1 həftə davam edəcək. SpaceX kosmik turizm ilə bağlı uçuş biletlərinin qiymətlərini açıqlamayıb. Lakin NASA təmsilçiləri bildiriblər ki, kosmik agentlik Dragon adlı kapsulda öz astronavtları üçün sərnişin yerlərinə görə SpaceX-ə 55 milyon dollar vəsait ödəyib. Qeyd etmək lazımdır ki, Blue Origin Virgin Galactic şirkətləri daha büdcəli kosmik turizm imkanlarını təklif edirlər. Lakin bu şirkətlərin uçuş proqramları və aparatları SpaceX-in imkanlarından tamamilə fərqlənirlər. SpaceX öz ilk turistik orbital uçuşunu bu ilin sonuna planlaşdırır. BKS-ə isə turistik uçuşların gələn il baş tutacaqları gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    SpaceX şirkəti kosmik turizm biznesini işə salmağa hazırlaşır