main-post-cover

    SpaceX şirkəti NASA-nın Artemis 4 Ay missiyasını əhatə edən müqaviləsini əldə edib

    Elm & Texnologiya
    16.11.2022
    Farid Pardashunas
        SpaceX şirkəti NASA-nın Artemis 4 Ay missiyasını əhatə edən müqaviləsini əldə edib. Qeyd etmək lazımdır ki, SpaceX həmçinin keçən il NASA-dan Artemis 3 Ay missiyasının müqaviləsini də əldə etmişdi. Məhz Artemis 3 missiyası çərçivəsində astronavtlar Ay səthinə ayaq basacaqlar. Artemis 4 missiyası çərçivəsində də astronavtlar Ay səthinə ayaq basacaqlar. Lakin Artemis 4-ün 2027-ci ildə baş tutacağı planlaşdırılır. Tərəflər arasında Artemis 4 missiyası üzrə bağlanmış müqavilənin dəyəri 1.15 milyard dollar təşkil edir.
        Bununla belə NASA-nın istəyinə əsasən SpaceX şirkəti Artemis 3 missiyasından əvvəl Aya eniş modulunun pilotsuz uçuşunu reallaşdırmalı və onu Ay səthinə endirməlidir. Qeyd etmək lazımdır ki, Artemis 3 missiyası çərçivəsində astronavtlar tərəfindən istifadə ediləcək eniş modulu məhz SpaceX tərəfindən hazırlanır. Maraqlısı ondadır ki, Artemis 4 missiyası çərçivəsində bir neçə eniş modulundan istifadə ediləcək və onlardan biri də SpaceX-ə məxsus olacaq. Bu isə gələcəkdə NASA-nın qarşısında bir neçə seçim imkanının olacağını mümkün edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər