SpaceX şirkəti Starlink layihəsini ayrıca şirkətə çevirməyi və onu birjaya çıxartmağı planlaşdırır

SpaceX şirkəti Starlink layihəsini ayrıca şirkətə çevirməyi və onu birjaya çıxartmağı planlaşdırır

Texnologiya
07.02.2020 PAYLAŞIM

    SpaceX şirkəti özünün qlobal peyk interneti layihəsi olan Starlink-i ayrıca şirkətə çevirərək onu birjaya çıxartmağı planlaşdırır. Bu barədə Bloomberg saytı SpaceX-in əməliyyatlar üzrə direktoru olan Gwynne Shotwell-ə istinadən xəbər verib. Bu məsələ ilə bağlı konkret bir müddət təyin olunmayıb. Şirkətin verdiyi məlumata əsasən Starlink-in ayrıca şirkət şəklində birjaya çıxarılmasının müzakirəsi hələ ilkin mərhələdədir.

    “Biz hal hazırda özəl şirkətik. Lakin növbəti addımın atılması və layihənin birjaya çıxarılması üçün Starlink düzgün biznesdir” - deyə Shotwell investorlar ilə görüşündə qeyd edib. SpaceX şirkəti Starlink-in mümkün IPO-nun dəqiq müddəti barəsində bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, Starlink layihəsi çərçivəsində SpaceX şirkəti bütün planetin yüksək sürətli internet ilə təmin olunması üçün Yer kürəsinin orbitinə çoxlu sayda peykləri göndərməklə məşğuldur.

Bənzər xəbər


    2024-cü ilə kimi şirkət Yer kürəsinin orbitində 12.000 peykin yerləşdirilməsini planlaşdırır. Hal hazırda Yer kürəsinin orbitində 240 ədəd Starlink peyki yerləşdirilib. Bu il şirkət Starlink layihəsi çərçivəsində 24 uçuş missiyasının reallaşdırılacağını planlaşdırır. Həmin uçuş missiyalarının hər birində Yer kürəsinin orbitinə 60 ədəd peyk göndəriləcək. Bu ilin sonuna kimi isə şirkət qlobal internet xidmətini işə sala bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×