main-post-cover

    SpaceX şirkəti Starlink peyk interneti layihəsinin ictimai testinə hazırlaşır

    Elm & Texnologiya
    07.10.2020
    Farid Pardashunas
        Yer kürəsinin orbitinə növbəti 60 ədəd peyki göndərəndən sonra Elon Musk, Starlink layihəsinin növbəti mərhələsinin startını elan edib. Belə ki, yaxın müddətdə Starlink-in ictimai beta testinə ABŞ-da və Kanadada start veriləcək. Müəyyən müddətdən sonra isə testlər digər ölkələrdə də keçiriləcək. Bu barədə 4pda saytı xəbər verib. Starlink internet layihəsinin ictimai beta test startını Elon Musk öz Twitter hesabında elan edib. O qeyd edb ki, ABŞ və Kanadadan əlavə olaraq Starlink layihəsi digər ölkələrdə də test oluna bilər.
        Bu cür testin keçirilməsi önündə olan yeganə problem isə müəyyən dövlət tərəfindən icazənin alınmasıdır. Hal hazırda şirkət rəhbərliyi bu problemi aradan qaldırmaq üzrə çalışır. Sözügedən layihənin reallaşdırılmasına start verilən zaman Musk bildirmişdi ki, Yer kürəsini orta səviyyəli internet şəbəkəsi ilə əhatə etmək üçün 720 ədəd peyk kifayət edir. Hal hazırda isə Yer kürəsinin orbitində 700-dən çox Starlink peyki yerləşdirilib.
        Yaxın müddətdə əlavə 60 ədəd peyk də orbitdə yerləşdiriləcək. Ümumilikdə SpaceX şirkəti bu layihə çərçivəsində Yer kürəsinin orbitində bir neçə min peyk yerləşdirməyi planlaşdırır. Bunun sayəsində Starlink layihəsi hal hazırda digər provayderlərin təqdim etdikləri internet sürətini əldə edə biləcək. Qeyd etmək lazımdır ki, ilkin qapalı beta test çərçivəsində Starlink layihəsi saniyədə 60 Mbit bağlantı sürətini sərgiləyib. Bununla belə siqnalın ötürülməsi üzrə gecikmə 100 millisaniyəni keçməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər