Logo
    main-post-cover

    SpaceX şirkəti Starship-i 1-2 aydan sonra yenidən orbital uçuşa göndərməyə cəhd göstərəcək

        SpaceX şirkəti Starship kosmik gəmisinin prototipinin ilk orbital uçuşunu 1-2 aydan sonra yenidən reallaşdırmağa cəhd göstərəcək. Bu barədə məlumatı Elon Musk verib. Musk-ın Twitter hesabında abunəçilərdən biri şirkətə məxsus kosmodromun start meydançasının təmirinə 6 ay vaxt lazım olduğunu bildirib. Musk isə buna cavab olaraq qeyd edib ki, onlar böyük ehtimal ilə Starship-in ilk orbital uçuşunu yenidən reallaşdırmağa 1-2 aydan sonra hazır olacaqlar. Qeyd etmək lazımdır ki, şirkət Starship-in ilk orbital uçuşunu keçən həftə reallaşdırmağa çalışmışdı. Özündə Super Heavy ağır raketini birləşdirmiş kosmik gəmi 39 km hündürlüyə qalxandan sonra tarazlığını itirdi və nəticədə havada olarkən partladı.
    Paylaş
    Bənzər xəbərlər
    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    SpaceX şirkəti Starship-i 1-2 aydan sonra yenidən orbital uçuşa göndərməyə cəhd göstərəcək | Technote