SpaceX şirkəti Starship kosmik gəmisinin mühərrikinin ilk testini reallaşdırdı (VİDEO)

SpaceX şirkəti Starship kosmik gəmisinin mühərrikinin ilk testini reallaşdırdı (VİDEO)

Texnologiya
04.02.2019 PAYLAŞIM

    Yer kürəsinin peyki Ayın mənimsənilməsi gəlir baxımından potensial biznesdir. Belə ki, onlarla varlı turist Aya səyahət üçün öz pullarından keçməyə hazırdırlar. NASA isə bu sahəyə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır. SpaceX şirkəti artıq Yer kürəsinin orbitindən kənara çıxmağa hazırlaşır. Belə ki, şirkət Starship kosmik gəmisinin vacib elementini Texasda test edib. Bu barədə Hightech.plus saytı xəbər verib. Braunsvill adlı sınaq meydançasında Raptor adlı mühərrikin ilk sınağı keçirilib. Bu mühərrik Starship kosmik gəmisinin test versiyasına quraşdırılacaq.


Bənzər xəbər


    Şirkətin CEO-su Elon Musk mühərrikin işə düşməsi üzrə maraqlı videonu paylaşıb. Məlumata əsasən hal hazırki mərhələdə SpaceX şirkətinin əsas məqsədi raketin hazırlanma vaxtının azaldılması və xərclərin aşağı salınmasıdır. Musk qeyd edib ki, ilkin vaxtlarda şirkət mühərrikləri həm raketin işə salınmasında həm də raketin orbitdən kənara çıxmasında istifadə edəcək. Mühərriklərin dartma qüvvəsi 200 ton təşkil edir. Bu cür qərarı Musk, Aya sürətli şəkildə çatmaq ilə əlaqələndirib. Gələcəkdə isə mühəndislər müxtəlif göstəricilərə sahib iki Raptor mühərriki yaradacaqlar. Xərclərin aşağı salınması üçün şirkət həmçinin mühərriklərin ümumi sayını da azaldacaq. Musk-ın sözlərinə əsasən ilkin mərhələdə əvvəlcədən planlaşdırıldığı kimi mühərriklərin sayı 31 olmayacaq.

    Bundan əlavə olaraq mühəndislər mühərriklərin bəzi komponentlərini sadələşdirəcəklər. SuperHeavy raketi və Starship kosmik gəmisi SpaceX şirkətinin kosmik strategiyasının əsas elementləri olacaqlar. Məhz onlar ilk turistləri Aya, astronavtları isə Mars planetinə aparacaqlar. Sözügedən layihə yüksək miqdarda investisiyalar tələb edir. Musk-ın sözlərinə əsasən xərclər aşağı salınmasa nəticədə SpaceX şirkəti iflasa uğraya bilər.

    Qeyd etmək lazımdır ki, 2020-ci ildə SpaceX şirkəti özünün Starlink layihəsinə start verməlidir. Perspektiv cəhətdən bu layihə SpaceX üçün əsas gəlir mənbəyi olmalıdır. Starship kosmik gəmisinin ilk missiyası Aya turistik uçuş olmalıdır. Belə ki, sözügedən kosmik gəmi vasitəsilə yaponiyalı milyarder Yusaku Maezawa Ay ətrafına səyahət edəcək. Starship layihəsinin hələki digər bir müştərisi yoxdur. Əgər SpaceX şirkəti NASA-nın dəstəyini ala bilsə və Ayın mənimsənilməsi üzrə bir sıra müqavilə bağlasa, onda şirkət növbəti təcrübələri üçün gəlir əldə edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×