
SpaceX şirkəti yeni kosmik rekorda imza atmağa hazırlaşır
Elm & Texnologiya
06.11.2019
Emil
SpaceX şirkətinin sonuncu dəfə kosmosa raket göndərməsindən artıq 3 ay keçib. Bu ilin avqust ayında Yer kürəsinin orbitinə AMOS-17 adlı peyki göndərəndən sonra şirkət qısamüddətli fasilə götürdü və artıq yenidən Starlink layihəsi çərçivəsində Yer kürəsinin orbitində çoxlu sayda peyklərin yerləşdirilməsinə hazırdır. Beləliklə Falcon 9-un növbəti uçuş missiyası ümumilikdə bütün kosmik sahə üçün yeni rekordlarla baş tuta bilər. Bu barədə Arstechnica.com saytı xəbər verib.
11 noyabr tarixində şirkət Yer kürəsinin orbitinə Starlink peyklərinin ikinci partiyasını göndərməyi planlaşdırır. Əgər hər şey uğurla baş tutsa, bu, 3 dəfə istifadə olunmuş birinci raket pilləsininin dördüncü dəfə istifadəsi üzrə bir ilk olacaq. Bundan öncə Falcon 9 3 missiyanı uğurlu şəkildə yerinə yetirmişdi. 25 iyul 2018-ci il tarixində o, kosmosa Iridium adlı peyki, həmin ilin 8 oktyabr tarixində SAOCOM 1A adlı peyki göndərmişdi. Bu ilin fevral ayında isə raket uğurlu şəkildə Nusantara Satu adlı peyki və Beresheet adlı Ay modulunu kosmosa göndərmişdi.
Beləliklə həmin raketdən dördüncü dəfə istifadə ediləcək. 11 noyabr tarixinə planlaşdırılan uçuş missiyasının daha bir özəlliyi ondan ibarətdir ki, həmin uçuş çərçivəsində Falcon 9-un ən üst hissəsi yenidən istifadə olunacaq. Qeyd etmək lazımdır ki, bu ilin aprel ayında keçirilmiş Arabsat-6A missiyasından sonra raketin ən üst hissəsi bərpa edildi. Raket komponentlərindən dəfələrlə istifadə öz növbəsində peyklərin və digər faydalı yüklərin kosmosa gəndərilməsi prosesini daha ucuz edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
