SpaceX Starship-in ilk orbital uçuşu üzrə növbəti cəhdinə hazırlaşır

SpaceX Starship-in ilk orbital uçuşu üzrə növbəti cəhdinə hazırlaşır

Texnologiya
19.05.2023 PAYLAŞIM

    SpaceX şirkəti Starship kosmik gəmisinin ilk orbital uçuşunun reallaşdırılmasının ikinci cəhdinə aktiv şəkildə hazırlaşır. Şirkət özünün Starbase adlı kosmodromunun start meydançasına Starship-in 25-ci prototipini göndərib. Qeyd etmək lazımdır ki, Starship sistemi iki hissədən ibaritdir. Birinci hissəsini 33 ədəd mühərrikə sahib Super Heavy ağır raketi, ikinci hissəsini isə Starship kosmik gəmisi təşkil edir. Qeyd etmək lazımdır ki, kosmik gəminin daha öncəki prototipinin keçən ay keçirilmiş uçuş testi o qədər də uğurlu olmadı.


    Belə ki, prototip 40 km hündürlüyə qalxandan sonra havada partladı. Starship-in start meydançasına göndərilmiş 25-ci prototipinə gəldikdə isə ilk növbədə onun mühərriklərinin statik testləri keçiriləcək. Lakin ilk orbital uçuşda məhz bu prototipin iştirak edəcəyi də dəqiq deyil. Belə ki, şirkət Starship-in bir neçə prototipi üzərində çalışır. Starship-in ilk orbital uçuşu üzrə növbəti cəhdin nə zaman reallaşdırılacağı hələ bilinmir.



DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×