SpaceX: 'Yaxın zamanda smartfonlar Starlink şəbəkəsinə birbaşa qoşula biləcəklər'

SpaceX: 'Yaxın zamanda smartfonlar Starlink şəbəkəsinə birbaşa qoşula biləcəklər'

Texnologiya
16.12.2022 PAYLAŞIM

    SpaceX şirkəti mobil cihazların Starlink-ə qoşulmalarını Wi-Fi şəbəkəsinə qoşulma səviyyəsində sadələşdirmək niyyətindədir. Buna görə də şirkət Starlink peyklərinin sözügedən imkanı yaradacaq müvafiq texnologiyalar ilə təchiz olunmaları üçün sorğu göndərib. Bununla yanaşı şirkət mobil cihaz istifadəçilərinin hansı üstünlükləri əldə edəcəkləri barəsində məlumat da verib. Əgər ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) SpaceX şirkətinə bu məsələ ilə bağlı lisenziyanı təqdim etsə, şirkət artıq gələn ildən başlayaraq 7500 ədəd Starlink Gen v2 peykindən ibarət qruplaşmanı yaratmağa başlayacaq.

    Bnunun nəticəsində smartfonlar heç bir xüsusi təchizat olmadan birbaşa peyk şəbəkəsinə qoşula biləcəklər. Şirkətin verdiyi məlumata əsasən bu halda istifadəçilər məlumatların yüklənməsi məsələsində saniyədə 3 Mbit sürət əldə edə biləcəklər. Nəzəri cəhətdən pik sürət göstəricisi saniyədə 7 Mbit təşkil edə bilər. Şirkət smartfonların birbaşa peyk şəbəkəsinə qoşulma mexanizmi barəsində ətraflı məlumat verməyib. Lakin çox güman ki, bu məsələdə mobil operatorların imkanlarından istifadə ediləcək. SpaceX bildirib ki, əgər hər şey plan üzrə getsə, artıq 2023-cü ildən başlayaraq T-Mobile operatorunun istifadəçiləri əvvəllər internet şəbəkəsinin olmadığı yerlərdə onu əldə edə biləcəklər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×