main-post-cover

    SpaceX yenə tarix yazdı: Şirkət uğurlu şəkildə astronavtları BKS-ə göndərdi (VİDEO)

    Elm & Texnologiya
    30.05.2020
    Farid Pardashunas
        Uzun müddətdən sonra SpaceX şirkəti sonunda daxilində astronavtların olduğu Crew Dragon kosmik gəmisini Falcon 9 raketi vasitsilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərdi. Sözügedən missiyanın canlı yayımı NASA və SpaceX-in Youtube kanallarında reallaşdırılıb. Qeyd etmək lazımdır ki, bu uçuş missiyası ikinci dəfədən reallaşdırılıb.
        Belə ki, ilk uçuş missiyası 27 may tarixində reallaşdırılmalı idi. Lakin hava şəraiti səbəbilə həmin tarixdə missiya təxirə salındı. BKS-ə gödərilmiş Crew Dragon kosmik gəmisinin daxilindəki astronavtlar Bob BehnkenDoug Hurley-dir. Crew Dragon-un işə salınmasından 19 saat sonra astronavtlar BKS-ə çatmalıdırlar. Missiyada iştirak etmiş Falcon 9-un birinci pilləsi uğurla geri qayıdaraq xüsusi platformaya eniş edib.
        Raketin ikinci pilləsi də ondan uğurla yarılıb. Qeyd etmək lazımdır ki, bu uçuş missiyası kosmonavtika tarixində böyük hadisədir ona görə ki, indiyənə kimi özəl şirkətlər kosmosa yalnız müxtəlif yükləri çatdırırdılar. Astronavtların kosmosa göndərilməsi isə dövlət strukturları tərəfindən reallaşdırılırdı. Beləliklə bu, özəl şirkət vasitəsilə astronavtların kosmosa göndərildiyi ilk uçuş missiyası oldu. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər