main-post-cover

    SpaceX yük gəmisini uğurla BKS'ə göndərdi, lakin raketin ilk pilləsini uğursuz şəkildə endirdi (VİDEO)

    05.12.2018
    Farid Pardashunas
        SpaceX şirkəti bu il üçün olan 20-ci uçuş missiyasını reallaşdırdı. Beləliklə şirkət BKS-ə (Beynəlxalq Kosmik Stansiya) Dragon yük gəmisi ilə birlikdə Falcon 9 raketini göndərdi. Uçuş startı uğurla keçirilsə də Falcon 9 raketinin birinci pilləsi öz idarəetməsini itirərək start götürdüyü kosmodromun yaxınlığında Atlantik okeanına eniş edib. Bu missiyanın canlı yayımı şirkətin rəsmi YouTube kanalında təqdim edilib. Falcon 9 ABŞ-ın hərbi hava qüvvələrinin Kanaveral zonasındakı bazasından start götürüb.
        Raketin pillələrinin ayrılmasından sonra ilk pillə geri qayıdaraq kosmodroma eniş etməli idi. Lakin eniş zamanı raketin birinci pilləsi öz oxu ətrafında fırlanmağa başlayıb və daha sonra uçuş missiyasının canlı yayımı dayandırılıb. Daha sonra Elon Musk raketin birinci pilləsinin necə suya eniş etdiyini əks etdirən videonu təqdim edib. Məlumata əsasən SpaceX öz tarixi ərzində ilk dəfə Falcon 9-un ilk pilləsinin uğurlu enişini reallaşdıra bilməyib. Bu, Falcon 9 raketinin yeni ilk pilləsi idi və daha öncə ondan istifadə edilməmişdi.
        Elon Musk qeyd edib ki, bu cür nəticənin əldə edilməsində əsas səbəb raketin birinci pilləsindəki aerodinamik sükanındakı nasazlıq olub. Onun sözlərinə əsasən birinci pillə suya yumşaq eniş edib və eniş edəndən sonra mərkəzə məlumatlar ötürməyə davam edib. Bu isə o deməkdir ki, birinci pillədə ciddi bir xəsarət yoxdur. SpaceX şirkəti isə bu pilləni şirkətin daxili ehtiyacları üçün istifadə edə bilər. Dragon yük gəmisi isə uğurlu şəkildə raketin ikinci pilləsindən ayrılıb və planetin orbitinə çıxış edib. Bu yük gəmisi BKS-ə 2.5 ton ağırlığında yükü çatdırmalıdır. Onların arasında BKS astronavtları üçün qida məhsulları, təchizat və həmçinin tədqiqatların aparılması üçün müxtəlif materiallar var. Dragon yük gəmisi ilə BKS-in birləşməsi 8 dekabr tarixinə planlaşdırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər