
Spinnerlərin rəqibi Orbiter gəlir (VİDEO)
Elm & Texnologiya
24.07.2017
Emil
Spinnerlər bütün dünyanı ələ keçirtdilər.
Lakin görünür onların yaxın zamanda yeni rəqibi peyda
olacaq. Söhbət, maqnit vasitəsilə fırlanan kiçik kürəciyə sahib Orbiter adlı
cihazdan gedir. Orbiter, özündə kiçik fırlanan kürəciyi birləşdirən üzüyə bənzəyir.
O bir növ spinneri xatırladır. Lakin spinnerdən fərqli olaraq o, mərkəzdə olan
diyircəyin sayəsində, kiçik kürəcik isə maqnit sayəsində fırlanır. Bundan əlavə
olaraq Orbiter-i, spinnerdən fərqləndirən daha bir özəllik isə onun müxtəlif tərzdə
fırlanmasıdır. Bununla yanaşı həmin kürəciyi, cihazın mərkəzinə yerləşdirib
fırlatmaq da olar. Spinnerləri müxtəlif qiymət göstəricilərinə görə tapmaq
olar. Orbiter-in standart qiyməti isə 45$ təşkil edir. Bu cür yüksək qiymət
göstəricisinə baxmayaraq bu layihə, IndieGoGo-da platformasında 10.000$ vəsait
yığmağı bacardı. Əslində isə cihazın yaradıcıları insanlardan 4000$vəsait istəyirdilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
