Spot robotu həkimlərə COVID-19 virusuna yoluxmuş pasientlər ilə ünsiyyət qurmağa yardımçı olur
Elm & Texnologiya
23.04.2020
Emil Nəcəfov
Massaçusets ştatının paytaxtı olan Boston şəhərindəki xəstəxanaların biri Boston Dynamics şirkətinin məşhur 4 ayaqlı Spot robotunu əldə edib. Həmin robot öz növbəsində həkimlərə COVID-19 virusuna yoluxmuş pasientlərlə uzaqdan ünsiyyət yaratmağa yardımçı olur. Bu barədə The Verge saytı xəbər verib. Rotobun baş hissəsində iPad və ya digər videokonfrans cihazı üçün nəzərdə tutulmuş bərkidici yerləşdirilib.
İki nəfər arasındakı ünsiyyət radiorabitə vasitəsilə reallaşdırılır. Xəstəxanada qeyd ediblər ki, Spot robotu vasitəsilə tibb bacıları ilə virusa yoluxmuş pasientlər arasındakı kontakt müddəti minimuma endirilib. Qaydalara əsasən koronavirusa yoluxma şübhəsi olan insanlar xüsusi çadırlara olan sırada gözləməli, həkimlərin suallarına cavab verməli və öz temperaturlarını ölçdürməlidirlər.
Bu proseslər üçün isə 5 tibb işçisi lazım gəlirdi. Boston Dynamics şirkəti pandemiya çərçivəsində öz robotlarının tibb işçilərinə yardım imkanlarını genişləndirməyi planlaşdırır. Belə ki, robotlar pasientlərin nəfəs alma tezliklərini, nəbzlərini, temperaturlarını, təzyiqlərini yoxlaya və həmçinin ultrabənövşəyi lampalar vasitəilə dezinfeksiya işlərini görə bilərlər. Şirkət həmçinin özünün proqram təminatını open source şəklində təqdim edib ki, digər xəstəxənalar və robot istehsalçıları ondan istifadə edə bilsinlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!