Spot robotu həkimlərə COVID-19 virusuna yoluxmuş pasientlər ilə ünsiyyət qurmağa yardımçı olur

Spot robotu həkimlərə COVID-19 virusuna yoluxmuş pasientlər ilə ünsiyyət qurmağa yardımçı olur

Texnologiya
24.04.2020 PAYLAŞIM

    Massaçusets ştatının paytaxtı olan Boston şəhərindəki xəstəxanaların biri Boston Dynamics şirkətinin məşhur 4 ayaqlı Spot robotunu əldə edib. Həmin robot öz növbəsində həkimlərə COVID-19 virusuna yoluxmuş pasientlərlə uzaqdan ünsiyyət yaratmağa yardımçı olur. Bu barədə The Verge saytı xəbər verib. Rotobun baş hissəsində iPad və ya digər videokonfrans cihazı üçün nəzərdə tutulmuş bərkidici yerləşdirilib.


    İki nəfər arasındakı ünsiyyət radiorabitə vasitəsilə reallaşdırılır. Xəstəxanada qeyd ediblər ki, Spot robotu vasitəsilə tibb bacıları ilə virusa yoluxmuş pasientlər arasındakı kontakt müddəti minimuma endirilib. Qaydalara əsasən koronavirusa yoluxma şübhəsi olan insanlar xüsusi çadırlara olan sırada gözləməli, həkimlərin suallarına cavab verməli və öz temperaturlarını ölçdürməlidirlər.

    Bu proseslər üçün isə 5 tibb işçisi lazım gəlirdi. Boston Dynamics şirkəti pandemiya çərçivəsində öz robotlarının tibb işçilərinə yardım imkanlarını genişləndirməyi planlaşdırır. Belə ki, robotlar pasientlərin nəfəs alma tezliklərini, nəbzlərini, temperaturlarını, təzyiqlərini yoxlaya və həmçinin ultrabənövşəyi lampalar vasitəilə dezinfeksiya işlərini görə bilərlər. Şirkət həmçinin özünün proqram təminatını open source şəklində təqdim edib ki, digər xəstəxənalar və robot istehsalçıları ondan istifadə edə bilsinlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×