Spotify 2020-nin ilk rübündə 2 milyard dollar gəlir əldə etdi
Elm & Texnologiya
30.04.2020
Nijat Hamid
Spotify musiqi servisi 2020-nin ilk rübü üçün gəlirlərini açıqladı. Şirkət ümumilikdə 2 milyard dollar gəlir əldə edib. Koronavirus pandemiyasının hal-hazırda demək olar ki, bir çox sektora mənfi təsir etdiyini nəzərə alsaq bu rəqəmlər çox möhtəşəm səslənir. Buradan anlaşılır ki, digital musiqi servislərinə koronavirusun heç bir təsiri olmayıb. Şirkət bu nəhəng gəliri təxminən 286 milyon aktiv istifadəçidən əldə edib. Bunlardan 130 milyonu Premium istifadəçi, 163 milyon reklamlı istifadəçidən ibarətdir. Bu da o deməkdir ki, Spotify servisinin ümumi 293 milyon istifadəçisi var.
Spotify rəsmilərinin dediklərinə görə istifadəçilərin artmasında bir digər səbəb Freemium (Pulsuz) seçiminin də olması ilə əlaqəlidir. Statistikalara görə Freemium paketi seçən istifadəçilər bir müddət sonra Premium paketlərə keçid edir. Bu da şirkətin gəlirlərinin artmasına səbəb olur. Həmçinin hesablarını bağlayan istifadəçilərin 70%-i isə maksimum 45 gündən sonra təkrar Spotify servisinə qayıdır. Şirkət həmçinin yaxın zamanlarda Warner Music Group ilə də müqavilə bağlayaraq musiqi kitabxanasını daha da genişləndirdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək