
Buenos-Ayres şəhərində yerləşən Starbucks-ın daimi müştərilərindən biri aşkar edib ki, qəhvədən başqa o həmçinin bu kafedən passiv mining üçün zərərli kod da əldə edib.
Məlum olub ki, yerli internet provayder Starbucks-ın Wi-Fi şəbəkəsinə qoşulmuş müştəri noutbookları sayəsində kriptovalyuta miningi ilə məşğul olurmuş. Nəticədə həmin müştəri öz noutbookunun Wi-Fi şəbəkəsinə qoşulmada 10 saniyəlik gecikmə barəsində Twitter hesabında məlumat verib. Bundan əlavə olaraq o öz noutbookunda Monero adlı kriptovalyutanı mining edən CoinHave adlı kodu da aşkar edib.
Bir neçə müddətdən
sonra Starbucks həmin ismarışa reaksiya verib və yerli internet provayderinin səbəb
olduğu bu problemi aradan qaldırdığını bildirib. Məlum olub ki, bu problemin səbəbkarı
Starbucks deyil, məhz internet provayder olub. Bu vəziyyət onu göstərir ki,
kafe kimi ictimai yerlərdə Wi-Fi şəbəkəsindən istifadə etmək, digər şəxslər tərəfindən
gizli mining prosesinin aparılmasına gətirib çıxara bilər.
"Fast and Furious" filminə daha 3 seriya çəkiləcək!
Hi @Starbucks @StarbucksAr did you know that your in-store wifi provider in Buenos Aires forces a 10 second delay when you first connect to the wifi so it can mine bitcoin using a customer's laptop? Feels a little off-brand.. cc @GMFlickinger pic.twitter.com/VkVVdSfUtT
— Noah Dinkin (@imnoah) 2 декабря 2017 г.
Şərh yoxdur