main-post-cover

    Starlink bu ilin sonuna kimi internet sürətini 2 dəfə artıracaq

    Elm & Texnologiya
    25.02.2021
    Emil Nəcəfov
        Bahalı qlobal peyk interneti layihəsi olan Starlink ilk istifdəçiləri saniyədə 50-150 Mbit internet sürəti ilə təmin edir. Lakin Elon Musk öz Twitter hesabında bildirib ki, Starlink bu ilin sonuna kimi yerləşdikləri yerdən asılı olmayaraq bütün istifadəçilər üçün internet sürətini saniyədə 300 Mbit-ə çatdıracaq və bu halda siqnal gecikməsi 20 millisaniyə təşkil edəcək. O həmçinin qeyd edib ki, 2022-ci ildən başlayaraq Starlink-in əhatə dairəsi qlobal olacaq. Bu barədə CNBC saytı xəbər verib. Musk bildirib ki, bu il ərzində Starlink öz sürətini 2 dəfə artıracaq. Qeyd etmək lazımdır ki, internet xidmətlərini təklif edən provayderlərdə siqnalın gecikməsi və yüklənmə sürəti sürətli şəbəkənin əsas faktorlarıdır.
        Starlink-in beta testi çərçivəsində şirkət 20-40 millisaniyə gecikmə söz verib. Növbəti mesajında Musk bildirib ki, 2021-ci ilin sonuna kimi Starlink Yer kürəsinin daha çox istifadəçisini əhatə edəcək. Gələn il isə onun əhatəsi qlobal olacaq. Qeyd etmək lazımdır ki, keçən ayın sonuna olan statistikaya əsasən SpaceX şirkəti Yer kürəsinin orbitinə 1000 ədəd peyk yerləşdirib. ABŞ-da Starlink-in beta testinə keçən ilin oktyabr ayında start verilmişdi. Daha sonra isə beta test mərhələsinə Kanada da qoşuldu və bu ilin əvvəlində Böyük Britaniyada beta testə start verildi. 
    Linki kopyala