main-post-cover

    Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abunə haqqı məlum olub

    Elm & Texnologiya
    28.10.2020
    Emil Nəcəfov
        SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib. İstifadəçilər artıq Starlink internetinin siqnalını qəbul edəcək xüsusi təchizatın əldə olunması təklifini əldə ediblər. Bununla yanaşı onlar sözügedən internet şəbəkəsinin tarif qiyməti ilə də tanış olublar. Həmçinin internet əlaqəsinin yaradılması və tənzimlənməsi üçün App StoreGoogle Play platformalarında xüsusi mobil tətbiq istifadəyə verilib. Bu barədə Techcrunch saytı xəbər verib.
        SpaceX-in verdiyi məlumata əsasən Starlink peyk internetinin ictimai beta test mərhələsi bu ilin sonuna kimi ABŞ və Kanada regionlarında aparılacaq. Beta test mərhələsində iştirak üçün dəvət olunmuş istifadəçilərin sözlərinə əsasən şirkət 20-40 millisaniyə gecikmə ilə saniyədə 50-150 Mbit internet sürətini söz verib. Starlink internet şəbəkəsinin siqnalını qəbul etmək üçün nəzərdə tutulmuş xüsusi anten və routerin birgə qiyməti 499$ təşkil edir. İnternetdən istifadə üçün aylıq abunə haqqı isə 99$-dır. Starlink şəbəkəsinin digər regionlarda da aktivləşdirilməsi barədə şirkət hələki heç bir məlumat verməyib.
    Linki kopyala