main-post-cover

    Starlink internetinin beta test təfərrüatları və qoşulma antenlərinin real fotoları sızdırılıb

    Elm & Texnologiya
    16.07.2020
    Farid Pardashunas
        Keçən ay SpaceX şirkəti özünün Starlink peyk internetinə qoşulma sorğularının qəbulunu elan etsə də daha ətraflı məlumat vermədi. Sözügedən layihə barəsində əlavə məlumatları Reddit istifadəçiləri veriblər. Onlar Starlink layihəsinin ilk beta test mərhələsi barəsində məlumatlar veriblər və internet qoşulması üçün peyklərdən siqnalları əldə edəcək antenlərin yeni real fotolarını təqdim ediblər. Bu barədə Slashgear saytı xəbər verib. Şirkətin rəsmi saytının kodunda aşkar edilmiş istifadəçi proqramı şərtlərini Reddit platformasnın Bubby4j Igat ləqəbli istifadəçiləri təqdim ediblər.
        Məlumata əsasən Starlink peyk internetinin bağlı beta test iştirakçıları hazır yığılmış Starlink antenlərini, routeri və cərəyan naqilini əldə edəcəklər. İstehsalçının məlumatına əsasən sözügedən antenlər siqnal mənbəyinə xüsusi mühərriklər sistemi vasitəsilə yönlənirlər. SpaceX-in peyk internetini ilk olaraq ABŞ-ın şimalında və Kanadanın cənubunda yaşayan insanlar test edə biləcəklər. Test mərhələsində bu qədər az adamın iştirak etməsinin səbəbi ondadır ki, Yer kürəsinin orbitində hələ az sayda SpaceX peyki mövcuddur.
        Bundan əlavə olaraq beta test iştirakçıları hər 8 həftədən bir peyk internetinin çalışması barəsində hesabatlarını təqdim etməli olacaqlar. Şirkət öncədən qeyd edib ki, Starlink şəbəkəsinə qoşulma stabil olmayacaq. Beta test mərhələsində iştirak üçün 1$ ödəniş tələb olunacaq. Bundan əlavə olaraq beta test iştirakçıları istifadəçi razılığını imzalamalı olacaqlar. Həmin razılığa əsasən onlar açıq şəkildə beta test mərhələsində iştirak etdiklərini elan edə bilməzlər və həmçinin şirkət tərəfindən əldə edəcəkləri təchizatların fotolarını da paylaşa bilməzlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər