main-post-cover

    Starlink peyk internetindən hərəkətdə olan nəqliyyatda da istifadə etmək mümkün olacaq

    Elm & Texnologiya
    26.10.2022
    Farid Pardashunas
        SpaceX şirkətinin verdiyi məlumata əsasən bu ilin dekabr ayından başlayaraq onun Starlink peyk internet xidməti hərəkətdə olan nəqliyyat vasitələri üçün istifadəyə veriləcək. Şirkətin peyk interneti xidmətinin təchizatını artıq avtomobillərə quraşdırmaq olar. Lakin hal hazırda avtomobildə Starlink internetindən istifadə etmək üçün avtomobilin özü hərəkətsiz vəziyyətdə olmalıdır. Hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş təchizat bir qədər baha qiymətə başa gələcək. Hərəkətsiz vəziyyətdə olan avtomobildə peyk internetindən istifadə etmək üçün Starlink-in 599$-a satılan standart peyk antenini əldə etmək lazımdır. Hərəkətdə olan avtomobildə peyk internetindən istifadə etmək üçün isə 2500$-a satılacaq Flat High Performance adlı dairəvi anten almaq lazım gələcək.
        Sözügedən antenin sifarişi zamanı onun çatdırılması və quraşdırılması üçün əlavə 50$ ödəmək lazımdır. Hərəkət edən avtomobildə Starlink-dən aylıq istifadə haqqı (135$) əvvəlki kimi qalacaq. SpaceX qeyd edib ki, ev şəraitində istifadə edilən Starlink-dən fərqli olaraq peyk internetinin nəqliyyat üçün nəzərdə tutulmuş versiyasından istifadə edənlər aşağı prioritetə sahib olacaqlar. Bu isə o deməkdir ki, internet sürətində olacaq fərq pik saatlarda və şəbəkəyə yüksək sıxlıqlı qoşulmaya sahib rayonlarda daha çox nəzərə çarpacaq. Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş bahalı Starlink təchizatının ön sifarişlərinə artıq start verilib. Lakin Starlink-in bu xidməti üçün şəbəkə əhatəsi hətta Şimali Amerika üzrə məhduddur. Buna görə də Starlink–in nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş versiyasının il sonunda digər ölkələrdə də istifadəyə veriləcəyi çətin görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər