
Starlink peyk internetinin vəd etdiyi internet sürəti ölçüldü: Nə qədər yüksəkdir?
Elm & Texnologiya
16.08.2020
Nijat
12 000 peykdən ibarət olan nəhəng Starlink peyk interneti proyekti artıq bəzi ölkələrdə istifadəyə verilib. Bəs Starlik proyekti insanlara nə qədər yüksək sürət vəd edir? Elon Musk-ın dediyi kimi Qiqabit sürət limitinə çatmaq mümkündürmü? Bu sualların cavabını SpeedTest platformunun sahibi olan Ookla şirkəti tərəfindən aparılan sürət ölçmə testləri verdi.
12 000 peykdən 597-sini atmosferə göndərən Starlink proyekti istifadəçilərə orta səviyyədə fiber-optik internet sürətini verə bilir.

Bu nəticələr ortaya çıxdıqdan sonra bir çox istifadəci Starlink-in vəd etdiyi 1000 mbps internet sürətinə şüphə ilə baxmağa başladılar. Lakin qeyd edək ki, bu proyekt hələki yenidir və bizim gördüyümüz bu testlər ilk mərhələnin nəticəsidir. 12 000 peykin hamsı atmosferə buraxıldıqdan sonra istifadəçilərə veriləcək olan internet sürəti indikindən qat-qat daha yüksək olacaqdır. İnsanları narahat edən bir digər məsələ isə peyk kirliliyidir. Atmosferdə 12000 ədəd peykin olması fikri bir çox insan tərəfindən neqativ qarşılanır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
