main-post-cover

    Starlink peyk internetinin yeni sürət nəticələri ilə təchizatının fotoları təqdim olunub

    Elm & Texnologiya
    02.11.2020
    Farid Pardashunas
        Reddit platformasının istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetindən istifadə hesabatını təqdim edib. Starlink peyk internetinin beta test iştirakçılarından biri olan həmin şəxs sözügedən internet şəbəkəsinin qoşulmaq üçün nəzərdə tutulmuş xüsusi təchizatının icmalını edib və Starlink-in sürətini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Reddit istifadəçisi qeyd edib ki, o, Starlink testini heç də ideal olmayan şəraitdə keçirdib. Belə ki, onun yaşadığı ərazidə bir-birinə sıx olan obyektlər (ağaclar, hasarlar, evlər və s.) mövcuddur. Bütün bu obyektlər isə peyk internetinin sürətinə təsir göstərmiş ola bilər.
        Beləliklə artıq məlumdur ki, Starlink-in xüsusi anteni 180 vatt gücündə şarj cihazı ilə birlikdə 500$-a satılır. Test çərçivəsində Reddit istifadəçisi anteni öz yaşadığı ərazi üzrə müxtəlif yerlərə quraşdırıb. Nəticədə peyk interentinin maksimal sürəti 21 millisaniyə gecikmə ilə saniyədə 191.35 Mbit təşkil edib. Təchizat üçün ən qəliz vəziyyətlərdə (pis hava, evlərin damları, hasarlar) məlumatların ötürülmə sürəti isə saniyədə 46 Mbit təşkil edib. Starlink internetini test etmiş ilk şəxslərdən biri qeyd edib ki, o, bu internet sürəti vasitəsilə Youtube-da 4K keyfiyyətində videolar izləyə bilib.
        Bununla yanaşı həmin istifadəçi qeyd edib ki, hər 15 dəqiqədən bir videonun ötürülməsində yarım saniyə gecikmə müşahidə olunurdu. Bu isə çox güman ki, onunla bağlıdır ki, həmin anda anten bir peykdən digərinə keçid edib. Peyklər arasındakı ən uzunmüddətli keçid 15 saniyə çəkib. Qeyd etmək lazımdır ki, hal hazırda Yer kürəsinin orbitində olan Starlink peyklərinin sayı planlaşdırıldığından azdır. Daimi şəkildə həmin peyklərin sayının artması öz növbəsində internet bağlantısını kəsintisiz edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər