main-post-cover

    Starship gələn həftənin əvvəlində ilk orbital uçuşunu reallaşdıra bilər

    Elm & Texnologiya
    03.04.2023
    Farid Pardashunas
        SpaceX şirkəti keçən həftənin sonunda Starship kosmik gəmisini Texas ştatındakı Starbase adlı kosmodromunun start meydançasına yerləşdirib. Verilmiş məlumata əsasən Starship-in çoxdan gözlənilən ilk orbital uçuşu 10 aprel tarixində baş tuta bilər. Şirkət start meydançasına Super Heavy ağır raketinin ilk pilləsini yerləşdirib. Növbəti mərhələdə şirkət birinci pillənin yuxarı hissəsinə Starship kosmik gəmisini yerləşdirməlidir.
        SpaceX daha öncə bunu start meydançasında edib. Lakin indiyənə kimi Starship-in ilk orbital uçuşu reallaşdırılmayıb. Şirkət uzun zamandır ki, bu layihə üzərində çalışır və hər dəfə Starship-in ilk orbital uçuşu təxirə salınıb. Bu dəfə isə bu uçuş həqiqətən də baş tuta bilər. Starship sisteminin start meydançasında yığılması prosesi artıq son mərhələdə olduğuna görə ilk orbital uçuşun reallaşdırılması üçün yalnız bir maneə qalır. Söhbət, şirkətin müvafiq dövlət orqanından icazə lisenziyasının alınmasından gedir. Gözləntilərə əsasən SpaceX lazımi icazəni yaxın günlərdə əldə edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər