Starship-in dördüncü test uçuşu yaxın 3-5 həftə baş tuta bilər
Elm & Texnologiya
14.05.2024
Emil
SpaceX-in CEO-su Elon Musk-ın X-də (keçmiş Twitter) paylaşmış olduğu məlumata əsasən Starship kosmik gəmisinin dördüncü uçuş testinin növbəti 3-5 həftə ərzində reallaşdırılması planlaşdırılır. “Dördüncü uçuş testinin əsas məqsədi kosmik gəminin maksimal qızmadan keçməsi və ya onun daha öncəki test uçuşu ilə müqayisədə daha uzun müddət ərzində uçmasıdır” - deyə Musk qeyd edib. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti mart ayında Starship-in üçüncü uçuş testini reallaşdırmışdı.
Bu, Starship-in ilk uğurlu test uçuşu hesab olundu. Belə ki, onu Yer kürəsinin orbitinə çatdırmış raket uçuş startından qısa müddət sonra partlamadı. Həmin uçuş testi çərçivəsində Super Heavy raketinin birinci pilləsi startdan 7 dəqiqə sonra Meksika körfəzində eniş etmiş, kosmik gəminin özü isə uçuşunu davam etdirmişdi. Starship müəyyən müddət ərzində uçduqdan sonra enişə başladı. Lakin 65 km yüksəklikdə olan zaman onunla əlaqə tamamilə itdi. Məlumata əsasən baş tutacaq dördüncü test uçuşu ilə yanaşı şirkət həmçinin Starship-in beşinci test uçuşuna da hazırlaşır.
Paylaş
Bənzər xəbərlər
Təhlükəsizlik
Xəstənin beyninə yerləşdirilmiş Neuralink çipində nasazlıq aşkar edilib!
Elon Musk-ın Neuralink beyin çipində ilk insan təcrübəsi zamanı nasazlıq aşkar edilərək bu tip, texnologiyaların gətirə biləcəyi riskləri nümayiş etdirmiş oldu.
Elm & Texnologiya
SpaceX açıq kosmosa çıxış üçün nəzərdə tutulmuş yeni skafandrını təqdim edib (VİDEO)
SpaceX şirkətinin özünün EVA (Extravehicular Activity) adlı yeni skafandrını təqdim edib.
Elm & Texnologiya
SpaceX şirkəti kosmik turizm biznesini işə salmağa hazırlaşır
SpaceX şirkəti kosmik turizmdən faydalanmaq istəyən hər kəsdən müraciətləri qəbul etməyə başlayıb.
Tech-Biznes
Elon Musk-ın xAI şirkəti 6 milyard dollar investisiya əldə etməyə hazırlaşır
Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı 6 milyard dollar investisiyanın cəlb edilməsi üçün investorlarla razılığa gəlib.
Təhlükəsizlik
Bir qadın, üzünü dəyişdirərək özünü Elon Musk kimi tanıdan şəxs tərəfindən aldadılıb!
Cənubi Koreyalı qadın özünü Elon Musk kimi təqdim edən şəxs tərəfindən aldadılıb. Fırıldaqçı qadını deepfake video ilə aldadaraq aralarında romantik münasibət olduğuna inandırıb və onun 50 min dollarını oğurlayıb
Ən çox oxunanlar