main-post-cover

    Starship-in ikinci cəhddən Yer kürəsinin orbitinə çatma şansı böyükdür

    Elm & Texnologiya
    06.10.2023
    Farid Pardashunas
        Elon Musk-ın bəyanatına əsasən Starship raketinin ikinci cəhddən Yer kürəsinin orbitinə çıxması şansı çox böyükdür. Məlumata əsasən şirkət Starship-in ilk orbital uçuşunun ikinci cəhdini reallaşdırmağa artıq hazırdır. Şirkət sadəcə olaraq müvafiq tənzimləyici orqandan icazənin verilməsini gözləyir. Məlumatda qeyd edilib ki, Starship-in ikinci uçuş cəhdi çərçivəsində ən təhlükəli proses kosmik gəminin öz mühərriklərinin işə salınması olacaq. Məsələ burasındadır ki, kosmik gəminin mühərrikləri onun sürətləndirici raketə bitişik olduğu zaman işə salınacaq.
        “Təbii ki, biz bunu ilk dəfədir edirik. Mən hətta deyərdim ki, bu, ikinci uçuş cəhdinin ən riskli anıdır. Əgər mühərriklər işə düşsə və kosmik gəmi start anında partlamasa, düşünürəm ki, biz bu uçuş missiyasını uğurla keçirtmə şanslarına sahib olacağıq” - deyə Musk qeyd edib. Qeyd etmək lazımdır ki, Starship SpaceX şirkətinin ən güclü və insanlar tərəfindən indiyənə kimi hazırlanmış ən böyük raketidir. Musk-ın planına əsasən bu raket sistemi Starlink peyklərinin Yer kürəsinin orbitinə çatdırılmasında və insanların Ay ilə Marsa göndərilməsində istifadə ediləcək. Lakin Starship hələ heç Yer kürəsinin orbitinə də çatmayıb. Aprel ayında keçirilmiş ilk uçuş cəhdi çərçivəsində kosmik gəmi sürətləndirici raketdən ayrıla bilmədiyi üçün o, havada olan zaman partladılmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər