main-post-cover

    Starship-in ilk orbital uçuşu üzrə ikinci cəhdin növbəti 2 ay ərzində reallaşdırılması planlaşdırılır

    Elm & Texnologiya
    30.05.2023
    Farid Pardashunas
        Keçən ay SpaceX şirkəti özünün Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmağa çalışmışdı. Lakin nəticədə ilk orbital uçuş cəhdi uğursuz oldu. Belə ki, Starship 40 km yüksəklikdə partlamışdı. İndi isə şirkət Starship-in ilk orbital uçuşunun reallaşdırılması üçün növbəti cəhdə hazırlaşır. Elon Musk-ın verdiyi yeni məlumata əsasən şirkət növbəti cəhdi yaxın iki ay ərzində reallaşdırmağı planlaşdırır. Gözləntilərə əsasən kosmik gəminin uçuşunun reallaşdırılacağı start meydançasının ciddi təkmilləşdirilməsinə bir ay zaman sərf ediləcək.
        İkinci ay çərçivəsində isə raket hissəsinin yerüstü testləri reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, keçən ay baş tutmuş ilk uçuş cəhdi çərçivəsində start meydançası ciddi şəkildə zədələnmişdi. Belə ki, Super Heavy raketinin sahib olduğu çoxlu sayda Raptor mühərriki start meydançasını demək olar məhv etmişdi. Keçən ayın sonunda Musk bildirmişdi ki, Starship-in növbəti uçuş cəhdinin uğurlu olma ehtimalı 80% təşkil edir. Bununla yanaşı şirkət 15 iyundan başlayaraq 6 ay ərzində Starship-in ikinci uçuş cəhdinin reallaşdırılması yolunda icazənin əldə edilməsi üçün ABŞ-ın müvafiq orqanına sorğu göndərib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər