main-post-cover

    Starship kosmik gəmisinin ilk orbital uçuşu 10, 11 və ya 12 aprel tarixində reallaşdırıla bilər

    Elm & Texnologiya
    05.04.2023
    Farid Pardashunas
        SpaceX şirkətinin Starship adlı kosmik gəmisinin ilk orbital uçuşu artıq gələn həftə baş tuta bilər. Mülki aviasiya üzrə federal idarə (FAA) çox güman ki, Starship-in ilk orbital uçuşunun 10 aprel tarixində keçirilməsi üçün lazımi icazə lisenziyasını təqdim edəcək. Lakin 11-12 aprel ehtiyat tarixlər kimi qeyd edilib. Bu barədə məlumatlar FAA-nın təqdim etmiş olduğu məsləhətlərdə qeyd edilib. Həmin məsləhətlərdə Starship-in bir neçə mümkün uçuş tarixi əks olunub.
        Lakin bununla yanaşı qeyd etmək lazımdır ki, Starship-in ilk orbital uçuşunun reallaşdırılması üçün nəzərdə tutulmuş xüsusi icazə lisenziyası hələ SpaceX-ə təqdim edilməyib. Müvafiq icazənin əldə edilməsi prosesi ilə yaxından tanış olan anonim mənbənin verdiyi məlumata əsasən Starship-in ilk orbital uçuşunun 10 aprel tarixində baş vermə ehtimalı çox aşağıdır. Bundan əlavə olaraq ilk orbital uçuşun 11-12 aprel tarixlərindən birində reallaşacağı da sual altındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər