Starship kosmik gəmisinin ilk orbital uçuşunun nə zaman keçiriləcəyi məlum olub

Starship kosmik gəmisinin ilk orbital uçuşunun nə zaman keçiriləcəyi məlum olub

Texnologiya
28.06.2021 PAYLAŞIM

    SpaceX şirkətinin prezidenti Gwynne Shotwell Starship kosmik gəmisinin prototipinin ilk orbital uçuşunun təqribi zamanını açıqlayıb. Qeyd etmək lazımdır ki, kosmik gəminin ilk orbital uçuşu əslində may ayında planlaşdırılırdı. Lakin bəzi texniki problemlər səbəbilə şirkət həmin uçuşu təxirə salmalı olmuşdu. Jurnalistlərə müsahibə verən zaman Gwynne Shotwell bildirib ki, əgər hər şey plan üzrə getsə, Starship kosmik gəmisinin ilk orbital uçuşu artıq gələn ay baş tutacaq.

    Bununla belə Falcon 9 raketində olduğu kimi Starship-in də sürətləndirici bloku çox istifadəli olacaq. Plana əsasən ilk orbital uçuş çərçivəsində sürətləndirici blok kosmik gəmidən ayrılacaq və Meksika körfəzi ərazisində sahildən 32 km uzaqlıqda suya düşəcək. SpaceX mühəndislərinin hesablamalarına əsasən Starship öz növbəsində Yer kürəsinin orbiti üzrə 90 dəqiqə ərzində uçuşda olacaq. Əgər sözügedən test uçuşu uğurla yekunlaşsa, kosmik gəmi Yer kürəsini tam dövr edə biləcək.


    “Ümid edirəm ki, bizdə hər şey alınacaq. Hər halda biz bilirik ki, bu, çox çətin mərhələdir. Biz həqiqətən də bu sistemin ilk orbital uçuşuna cəhd göstərmək addımına çox yaxınıq” - deyə Gwynne Shotwell bildirib. SpaceX-in planlaşdırdığı bu uçuş Starship-in Yer kürəsi üzrə ilk orbital uçuşu olacaq. Qeyd etmək lazımdır ki, daha öncə şirkət dəfələrlə Staship prototiplərinin uçuş testlərini keçirdib və onların əksəriyyəti uğursuzluqla nəticələnib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×