main-post-cover

    Stenford Universitetinin tələbəsi ChatGPT-ni smart eynəyə inteqrasiya edib

    Elm & Texnologiya
    21.04.2023
    Farid Pardashunas
        Stenford Universitetinin informatika və elektrotexnika fakultəsinin tələbəsi Bryan Hau-Ping Chiang açıq mənbə kodlu Monocle AR adlı hardware təminatı və səsin tanınması üçün nəzərdə tutulmuş Whisper sistemi vasitəsilə süni zəka əsaslı ChatGPT çat-botunu smart eynəyə inteqrasiya edə bilib. Bryan bu cür smart eynəyi smartfon vasitəsilə idarə edir. O öz texnologiyasını rizzGPT adlandırıb. Tələbə həmçinin nitqin transkripsiyası və simvolların optik tanınması üçün qoşulu olan servislərdən istifadə edib. Bryan hazırladığı smart eynəyi müsahibə prosesində və dostu ilə təsadüfi görüş zamanı istifadə edib.
        Bryan-ın öz Twitter hesabında rizzGPT ilə bağlı paylaşmış olduğu təlimatda qeyd edilib ki, bu sistem AR + AI dəstəkli fon hesablamaların yeni dövrünün başlanması deməkdir. Onun sözlərinə əsasən bu cür dövrdə hər kəs 24/7 aktiv olacaq fərdi köməkçisinə sahib olacaq. Tələbə rizzGPT-nin necə çalışdığını sərgiləyib. Təqdim edilmiş videolardan birində o, rizzGPT-dən müsahibə zamanı istifadə edib. Videodan da görmək olar ki, Bryan müsahibə suallarına eynəyə bərkidilmiş Monocle AR cihazı vasitəsilə cavab verir. Monocle AR-in ekranı müsahibə suallarının cavabları Bryan-a birbaşa ChatGPT-dən ötürür. Digər bir videoda isə görmək olar ki, Bryan öz dostu ilə qarşılaşan zaman rizzGPT onun şəxsiyyətini təyin edə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər