'STEP IT Academy' təhsil üçün yeni çağırış elan edir

29.10.2017 0 PAYLAŞIM 1486 OXUNMA

 "STEP IT Academy" təhsil üçün yeni çağırış elan edir və bütün arzulayanları aşağıdakı üç ixtisas üzrə peşəkar kompüter təhsil almağa dəvət edir.

Şəbəkələr və kibertəhlükəsizlik 
Proqram təminatının yaradılması
Kompüter Qrafikası və Dizayn

    Yeni çağırışın dərsləri 15 Yanvar 2018-ci il tarixində başlayır. Hal hazırda bu növ təhsili Azərbaycanda yalnız "STEP IT Academy" təqdim edir. Adətən kompüter təhsili yalnız qısamüddətli kurslar və ya ali təhsil zamanı ayrı ayrılıqda keçirilən kompüter fənləri ilə kifayətlənir. Azərbaycanda bundan öncə əmək bazarında tələb olunan və aldığı təhsilin sayəsində hazır kompüter mütəxəssislərin yetişdirilməsi ilə heç bir təhsil müəssəsi məşğul olmurdu.

    Tədris proqramına Microsoft, CiscoAutodesk şirkətlərinin müəllif kursları daxildir. Müəllif kursları üzrə təhsilini bitirdikdə tələbələr mütəxəssis statusunu almaq üçün beynəlxalq sertifikasiya imtahanı vermək şansını qazanır və həmin sertifikatlara ödənişsiz şəkildə yiyələnir.

    Biz sizə IT peşənin nə qədər yaxşı olmasından danışmayacayıq. Siz özünüz də bilirsiniz ki IT sahəsində işin yüksək əmək haqqı, iş təminatı və dünyanın istənilən ölkəsində iş yeri və unikal iş şəraiti deməkdir. Dərslər Yanvar ayının 15-i başlayır.

    "STEP IT Academy" Avropada peşəkar kompüter təhsili üzrə ixtisaslaşan ən böyük tədris müəssələrindən biridir. Akademiyanın filialları dünyanın 18 ölkəsində fəaliyyət göstərir. 2016-ci il sentyabrında "STEP IT Academy Bakı" filialının açılışını edib və ilk tələbə qəbulunu elan etmişdir. Akademiya 1999-cu ildə əsaslanmışdır və hal hazırda bütün dünyada Akademiyanın 30.000 tələbəsi təhsil alır. 85.000-dən çox məzun artıq kompüter bazarında və fərqli yerli və xarici IT şirkətlərində iş ilə təmin olunub.