Stephen Hawking Kembric Universitetinin saytını çökdürdü

Stephen Hawking Kembric Universitetinin saytını çökdürdü

Texnologiya
25.10.2017 PAYLAŞIM

Əgər məşhur astrofizik Stephen Hawking-in “The Universe in a Nutshell”“A Brief History of Time” adlı kitabları sizlərə sadə gəlirsə, onda siz onun qəliz işi ilə tanış ola bilərsiniz.

Open Access Week həftəsi şərəfinə məşhur alim, 24 yaşında müdafiə etdiyi doktorluq dissertasiyasını hamıya açıq şəkildə paylaşıb. Onun elmi işinə maraq o qədər böyük olub ki, Kembric Universitetinin saytına daxil olmuş insanların çoxluğundan həmin sayt çöküb.



“Açıq giriş həftəsi şərəfinə mənim 1966-cı ildə yazdığım kainatların genişlənməsi xassələri adlı doktorluq dissertasiyası hamı üçün aktivdir. Dünyada hamı nəinki mənim işlərimə, hətta insanlıq fəaliyyətinin bütün sahələrindəki böyük və əzmli ağılların tədqiqatlarına açıq giriş imkanına sahib olmalıdır. Ümid edirəm ki, mənim işim bir vaxtlar Nyuton, Maksvell və Eynşteyn-in məni ilhamlandırdığı kimi sizləri də öz tədqiqatlarınıza, kainatın bir çox suallarına cavab axtarışına ilhamlandıracaq. Mənim işimi oxumaq istəyən bu qədər insanın sorğusundan sonra ümid edirəm ki, o sizi məyus etməz. Əgər bu baş versə, onda mən cavana bütün sual və iradlarınızı göndərin. Düzü bunun üçün zamanda səyahət etməyi imkan verən maşını icad etmək lazım olacaq” – deyə məşhur alim öz Facebook səhifəsində bildirib.

Qeyd etmək lazımdır ki, əvvəllər astrofizikin bu işini əldə etmək üçün 86$ vəsait ödəmək lazım idi. Bu barədə universitetin saytında qeyd olunurdu. Məşhur alimin doktorluq dissertasiyasını oxumaq, internet cəmiyyətini o qədər ilhamlandırıb ki, BBC-nin məlumatına əsasən ilk gündə 60.000 istifadəçi həmin işi yükləyib. Universitet təmsilçisi isə öz növbəsində qeyd edib ki, külli miqdarda insanların sayta girişi səbəbilə sayt bir qədər ləng çalışa və ümumiyyətlə müəyyən müddətlik qeyri-aktiv ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×