
Stephen Hawking: 'Süni zəka, insanları geridə qoyacaq yeni həyat formasına çevriləcək'
Elm & Texnologiya
03.11.2017
Emil
Məşhur alim Stephen Hawking-in fikrincə gec-tez robotlar insanları tamamilə əvəz edəcəklər.
Wired saytına verdiyi müsahibəsində
o qeyd edib ki, süni zəka, insanı geridə qoyacaq yeni həyat forması səviyyəsinə
çatacaq.
“Mən qorxuram ki, süni zəka tamamilə insanı əvəz edəcək. Əgər insanlar viruslar yarada bilirlərsə, onda özünü təkmilləşdirən və istehsal etməyi bacaracaq süni zəkanı kimsə yaradacaq. O, insanı geridə qoyacaq yeni həyat formasına çevriləcək” – deyə məşhur alim bildirib.
O inanır ki, gəncləri elmə
maraqlandırmaq üçün ilk süni peykin kosmosa göndərilməsi kimi vacib bir özəllik
lazımdır. Əgər bu baş verməsə, onda bizi ciddi problemlər gözləyir. Onun
fikrincə elm cəmiyyətinin yaradacağı yeni uzunmüddətli kosmik proqramlar
siyahısında əsas məqsəd insanların var ola biləcəkləri planetlərə
kolonizasiyalarının olmasıdır.
“Mən əminəm ki, bizlər geri dönüş olmayan nöqtəyə çatmışıq. Bizim Yer kürəmiz bizim üçün çox balaca olub. Planetin əhali sayı isə inanılmaz sürətdə artmaqda davam edir və biz özümüzü məhv etmək astanasındayıq” – deyə Hawking bildirib.
Qeyd etmək lazımdır ki, Stephen Hawking elm və texnika
sahəsində süni zəkanın təhlükəsi barəsində fikirlər söyləyən yeganə insan
deyil. “SpaceX” və “Tesla” şirkətlərinin CEO-su Elon Musk-ın da fikrincə süni zəka, insan sivilizasiyası üçün fundamental təhlükə mənbəyidir və və onu
tanrılaşdırmaq olmaz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
