Steve Wozniak: 'iPhone X ilk Apple smartfonu olacaq hansını ki, mən almayacam'
24.10.2017
Farid Pardashunas
“Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak-ın fikrincə sonuncu iPhone modelləri bir-birilərindən heç nə ilə fərqlənmir.
O bildirib ki, baxmayaraq ki, hər
dəfə yeni iPhone modeli satışa çıxan zaman o, ilk alıcılardan biri olur, satışa
çıxacaq yeni iPhone X modelini isə almağa tələsmir.
“iPhone 6 və iPhone 7-dən heç nə ilə fərqlənməyən iPhone 8 məni tamamilə qane edir. iPhone X ilk modeldir ki, satışların ilk günündə mən o smartfonu almayacam. Lakin mənim həyat yoldaşım onu alacaq. Buna görə də onun bütün müsbət və mənfi özəlliklərini aşkar etmək üçün yetərli imkanlarım olacaq” – deyə Wozniak bildirib.
O bu sözləri
Money 20/20 adlı tədbirdə bildirib. Bundan əlavə olaraq o, yeni Face ID
texnologiyasının yaxşı şəkildə çalışdığına dair şübhələrinin olduğunu da qeyd
edib. Wozniak-ın tərəfini digər “Apple” pərəstişkarları da tuturlar. Baxmayaraq
ki, növbəti 3 ay ərzində yeni iPhone modelini almaq istəyənlərin sayı çoxdur,
digər modellərdən fərqli olaraq ilin bu vaxtı iPhone 8-in satışları gözlənildiyindən
daha aşağı səviyyədədir. Bunun səbəbinin nə olduğu tam olaraq bilinmir. Ya bu məşhur
brendə maraq getdikcə ölür, yada hamı iPhone X-in satışa çıxmasını gözləyir.
Bir sıra analitiklərin fikrincə isə bu iki model arasındakı rəqabət, şirkətə bu
il ən böyük gəliri gətirəcək. Yuxarı səviyyədə olmayan iPhone 8 satışlarını isə
iPhone X satışları tamamilə kompensasiya edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək