main-post-cover

    Suallar və cavablar servisi olan Quora 60 milyon dollar investisiya əldə edib

    17.05.2019
    Farid Pardashunas
        ABŞ-ın suallar və cavablar servisi olan Quora E investisiya raundu çərçivəsində Valor Equity Partners adlı investisiya şirkəti tərəfindən 60 milyon dollar investisiya cəlb edib. Qeyd etmək lazımdır ki, həmin şirkət həmçinin Tesla SpaceX şirkətlərinin səhmdarları siyahısındadır. Bu barədə Recode saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən Quora-nın bazar dəyəri 2 milyard dollar təşkil edir. Bununla belə sözügedən servis 2018-ci ildə 20 milyon dollar gəlir əldə etmişdi. Bu isə servisin bazar dəyərindən qat-qat aşağıdır.
        Recode onu da qeyd edib ki, bu investisiya raundu hal hazırda texnoloji sahədə fəaliyyət göstərən bütün şirkətlərin yüksək qiymətləndirilməsini sübut edir. Quora servisinin təmsilçiləri bu məsələyə fikir bildirməkdən imtina ediblər. Qeyd etmək lazımdır ki, Quora servisi 2009-cu ildə təsis edilib və onun baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşir. Şirkətin öz qiymətləndirməsinə əsasən servisin aylıq aktiv istifadəçi kütləsi 300 milyon təşkil edir. Sonuncu investisiya raundu ilə birlikdə şirkət ümumilikdə 286 milyon dollar investisiya əldə edib. 2016-cı ildə isə Quora servisi fikir mübadiləsi üçün nəzərdə tutulmuş Parlio adlı sosial şəbəkəni almışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər