Sualtı siqnalları, itən Malayziya təyyarəsinin sirrini aça bilər!
Elm & Texnologiya
22.05.2024
Farid Pardashunas
Araşdırmalara görə, sualtı mikrofonlardan alınan siqnallar Malayziyanın itən MH370 təyyarəsi kimi təyyarələrin okeana çırpıldığı zaman yerlərinin müəyyən edilməsində mühüm rol oynaya bilər.
Malayziya Hava Yollarına məxsus MH370 reysi 2014-cü il martın 8-də Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından planlaşdırılan təyinat yerinə, yəni Çinin Pekin Paytaxt Beynəlxalq Hava Limanına uçarkən yoxa çıxıb. Bəzi dağıntılar tapılsa da, təyyarənin yoxa çıxma səbəbi hələ də sirr olaraq qalır. Cardiff Universitetinin tədqiqatçıları, yeni araşdırmalarında okeanda itən belə təyyarələri aşkar etmək üçün bir üsul təklif ediblər.
Cardiff Universitetinin araşdırmasına görə, sualtı mikrofonlarının qəbul etdiyi siqnallar, MH370 kimi təyyarələrin okeana çırpılaraq itməsi zamanı onların yerini müəyyən etmək üçün həll yolu ola bilər. Tədqiqatda keçmiş 10 təyyarə qəzası və sualtı qayığın itməsindən sonra, hidrofonlar kimi tanınan cihazlar tərəfindən alınan 100 saatdan çox məlumat təhlil edib. MH370 yoxa çıxdıqdan 10 il sonra Scientific Reports-da dərc edilən tapıntılar təyyarənin son məlum yerinin əlavə tədqiqi üçün tövsiyələr verir və gələcəkdə oxşar hadisələrin həlli üçün çərçivə yaradır.
Araşdırmalar onu göstərir ki, təyyarə qəzaları kimi ciddi okean qəzaları, suda böyük məsafələri qət edən və dəniz dibinin müxtəlif yerlərindən hidrofon texnologiyası ilə qeydə alınan fərqli akustik imzalar yaradır. Komanda, əvvəlki təyyarə qəzalarındakı aydın təzyiq siqnallarının hətta 3000 km-dən çox məsafələrdə belə hidrofonlarla aşkar oluna bildiyini bildirir.
MH370 hadisəsi ilə bağlı rəsmi araşdırmalara əsasən, təyyarənin INMARSAT ilə son əlaqənin qurulduğu, yəni 7-ci qövsün yaxınlığındakı ərazidə qəzaya uğradığı ehtimal edilir. 7-ci qövs boyunca ilkin axtarış sahəsi isə Avstraliyanın Cape Leeuwin-dəki hidroakustik stansiyasından 2000 kilometr uzaqlıqdadır. Bununla belə, rəsmi araşdırmanın təklif etdiyi zaman və məkan daxilində nisbətən zəif siqnallar aşkar edilib. Tədqiqatçılar isə araşdırmanın gedişatı üçün daha ətraflı qiymətləndirmələrə ehtiyacın olduğunu bildirirlər. Tədqiqatçılar, səlahiyyətlilərə 7-ci qövs boyunca idarə olunan partlayışlar yaratmağı və stansiyalar tərəfindən toplanan siqnalları müqayisə etməyi təklif ediblər. Tədqiqata görə, MH370 ilə müqayisə edilə bilən enerji səviyyələrinə sahib bu cür təcrübələr, itən təyyarənin harada olduğuna aydınlıq gətirə bilər. Əslində, oxşar araşdırma 2017-ci ildə Argentina sahillərində yoxa çıxan ARA San Juan sualtı qayığının axtarış-xilasetmə işləri zamanı həyata keçirilib.
Tədqiqatçıların fikrincə, bu üsul və tətbiqlərdən istifadə etməklə MH370 təyyarəsinin yerini demək olar ki, dəqiq şəkildə müəyyən etmək olar. Digər tərəfdən, hərtərəfli çoxmillətli axtarış səylərinə baxmayaraq, təyyarənin harada olduğu, 239 sərnişin və ekipaj üzvlərinin taleyi qeyri-müəyyən olaraq qalır. İşin arxasındakı Dr. Usama Kadri, itkin təyyarə ilə bağlı yeni axtarışa başlamaq üçün lazım olan dəqiqlikdə bir siqnal tapa bilmədiklərini desə də, açıqlamasında "Bununla belə, əgər müvafiq orqanlar tövsiyələrə əməl edərsə, biz müşahidə olunan siqnalların aktuallığını qiymətləndirə və potensial olaraq MH370-in yerini işıqlandıra bilərik." sözlərini söyləyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir!