Logo
    main-post-cover

    Subflaqman smartfonlar üçün MediaTek Dimensity 9400e prosessoru təqdim olunub

         MediaTek şirkəti orta büdcəli flaqman smartfonlar üçün nəzərdə tutulmuş Dimensity 9400e adlı yeni prosessorunu təqdim edib. Bu yeni prosessor Dimensity 9400 Dimensity 9400+ arasında yerləşir. Beləliklə Dimensity 9400e prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və özündə 8 nüvəni birləşdirir. Nüvələr prosessor tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 3.4 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini birləşdirir.
         Prosessorda qrafik imkanlardan Immortalis-G720 MC12 qrafik çipi cavabdehdir. Bu çip üstəlik ray-tracing texnologiyasını dəstəkləyir. Dimensity 9400e prosessoru 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 4K keyfiyyətli ekranları, 320 MP-ə kimi olan kameraları, LPDDR5T standartlı RAM yaddaşlarını və UFS 4.0 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Üstəlik prosessorda Bluetooth 6.0Wi-Fi 7-nin dəstəyi də reallaşdırılıb. MediaTek Dimensity 9400e-yə sahib ilk smartfonlar yaxın zamanda təqdim olunmalıdır.
    Mənbə: GSMarena
    Paylaş