Süni intellekt onlarla yadplanetli siqnalı müəyyən edib

Süni intellekt onlarla yadplanetli siqnalı müəyyən edib

18.09.2018 PAYLAŞIM

Dünyadan kənar ağılın (Search for Extraterrestrial Intelligence – SETI) axtarışı proqramı üzrə işləyən astronomlar süni intellektin köməyi ilə Yer kürəsindən kənar sivilizasiyalardan 72 siqnal aşkar ediblər.

Technote.az bildirir ki, alimlər “Green Bank Telescope” radio teleskopunun təxminən 400 terabayt həcmdə məlumatını təhlil edib və bu nəticəyə gəliblər ki, qeyd olunan məlumatlarda həqiqətən “ağıllı başlanğıc”ın izlərinə rast gəlinir.

Bənzər xəbər


Bütün seçilmiş siqnallar qısadır (hər biri 5 millisaniyə) və onlar özündə yüksək və aşağı tezlikli radio dalğalarını ehtiva edir. Məlumata görə, ilk dəfə 2007-ci ildə Qərbi Virciniya Universitetindən olan astronom Dunkan Lorimer Yer kürəsindən kənar sivilizasiyaların siqnalları haqqında fərziyyə irəli sürüb. Lorimerin məlumatını beş il sonra onun Mançester Universitetindən olan Britaniyalı həmkarı Deniyel Tornton təsdiq edib.

O analoji dörd radio impulsu (fast radio bursts – FRB) aşkar edib. 2018-ci ildə isə, ABŞ-ın bir neçə universitetinin astronomları eyni zamanda 9 FRB qeyd edə biliblər. Alimlər onların mənbəyini təyin ediblər: o, Yer kürəsindən 3 milyard işıq ilində yerləşmiş cırtdan qalaktikasından daxil olub. Digər siqnalların da mənbəyinin bu qalaktikadan olması təxmin olunur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×