Süni intellektli zəngli saat təqdim olunub

Süni intellektli zəngli saat təqdim olunub

23.09.2018 PAYLAŞIM

Çinin Xiaomi şirkəti süni intellektli köməkçi funksiyaya malik Xiao AI Smart Alarm Clock zəngli saatını təqdim edib.

Technote.az bildirir ki, qurğu mahiyyət etibarilə ənənəvi zəngli saat və ağıllı dinamik hibrididir. İstifadəçilər səsli əmrlər vasitəsilə bu və ya digər informasiyanı (məsələn, hava proqnozunu, yollardakı vəziyyəti, aktual xəbərləri və s.) əldə edə biləcəklər.

Bənzər xəbər


Ağıllı zəngli saatla Mijia App mobil proqramının köməyilə məsafədən əlaqə yaratmaq mümkündür. Həmçinin müxtəlif bildiriş və xatırlatmaların göstərilməsi dəstəklənir. Bundan başqa, yeni qurğunu ağıllı məişət cihazları, məsələn, qoşulmuş hava təmizləyiciləri, kondisionerlər və s. ilə birgə iş üçün istifadə etmək olar.

Ağıllı zəngli saat müxtəlif mövzuları səsləndirərək ev sahiblərinə iş günündən sonra dincəlməyə kömək edəcək.

Yeni qurğu ənənəvi funksiyaları da yerinə yetirir – vaxtı göstərir və istifadəçilərin yuxudan ayılması üçün siqnallar verir. Sentyabrın 28-dən etibarən satışa çıxarılacaq Xiao AI Smart Alarm Clock zəngli saatının təxmini qiyməti 20-25 dollar təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×