main-post-cover

    Süni zəka kapitalizmin problemlərini həll edə bilər mi?

    Elm & Texnologiya
    21.05.2017
    Farid Pardashunas
    Süni zəkanın hazırlanması üzrə fəaliyyət göstərən DeepMind adlı startapın təsisçisi Mustafa Suleyman belə qənaətə gəlib ki, kapitalizmin böyük nailiyyətlər əldə etməsinə baxmayaraq bu sistem artıq insanlıq üçün xidmət etmir. Bununla yanaşı o qeyd edib ki, yaxın gələcəkdə dünyada baş verən bir çox problemləri məhz süni zəka həll edəcək. Son 2 əsr ərzində kapitalizm, tərəqqinin katalizatoru olmuş və zənginliyi minimal müddət ərzində maksimal geniş şəkildə paylaşdırmağa köməklik etmişdir. Mustafa Suleyman məhz bu cür düşünür. Lakin onun fikrincə bir çox sahələrdə artıq, kapitalizm xeyr gətirmir. Londonda baş tutmuş ZeitgeistMinds adlı konfransda çıxışı zamanı Suleyman, indiki cəmiyyət quruluşu barəsində fikirlərini və onu necə dəyişmək lazım olduğu üzrə ideyalarını bildirib. “Bizə ən aktual sosial problemləri həll edə biləcək yeni sistem lazımdır. Dərrakənin yeni formasını və yeni üsulları tapmaq mütləqdir hansılar ki, irimiqyaslı şəkildə fəaliyyət göstərə biləcəklər” – deyə Mustafa Suleyman bildirib.
    Onun fikrincə müasir maliyyə sistemləri hamı üçün deyil, yalnız ayrı-ayrı qrup insanlar üçün fəaliyyət göstərir. Bununla yanaşı 800 milyona yaxın insan, içməli suya həsrətdir və bu göstərici növbəti illərdə qalxa bilər. Baxmayaraq ki, dünyada istehsal olunan qida məsullarının 1/3 hissəsinin aqibəti zibil yeşikləri olur, daha 800 milyon insan aclıqla mübarizə aparır. Qlobal istiləşmə bu vəziyyəti daha da ağır edəcək. Suleyman-ın fikrincə digər bir problem isə pul resurslarının bərabər şəkildə paylanmamasıdır. “30 il ərzində 1% əhalinin gəlirləri 300% artdı. Bununla yanaşı əhalinin 2/3 hissəsinin gəlirləri ya azaldı, yada ki, dəyişilməz olaraq qaldı” – deyə Suleyman bildirib. Onun fikrincə bütün bu problemləri süni zəka həll edə bilər. “DeepMind” şirkəti artıq “Google”ın bütün data mərkəzlərindəki enerji sərfiyyatının aşağı salınması üçün xüsusi alqoritmi fəaliyyətə buraxıb. 2016-cı ildə bu alqoritm sayəsində “Google” şirkəti öz data mərkəzlərindəki enerji sərfiyyatını 15% azaltmışdı. Süni zəkanın potensialına həmçinin “DeepMind”ın rəhbəri Demis Hassabis də inanır. Onun fikrincə gələcəkdə süni zəka, iqlim dəyişikləri və qocalıq kimi problemlərin aradan qaldırılmasında yardımçı olacaq. “Dünyada nə qədər çox zəka olsa, hamı üçün bir o qədər yaxşı olacaq” – deyə Demis bildirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər