Süni zəka prezident olsaydı

Süni zəka prezident olsaydı

Texnologiya
21.05.2017 PAYLAŞIM

Qərar qəbul edən zaman insanlar öz emosiya, iddia və eqoizmlərinə güvənirlər. Süni zəka isə bu mənfi xüsusiyyətlərdən məhrumdur. Məhz buna görə o ideal idarəçi hesab edilir. Wired saytının redaktoru Joshua Davis belə düşünür. Alqoritmlər böyük həcmli məlumatlarla çalışır və öz səhvlərindən nəticə çıxardırlar. Bir çox prezidentlər isə buna qadir deyillər. Süni zəka prezidentinin bir mənfi cəhəti var. O, effektiv hökümət qəbullarını yerinə yetirə bilmir. Davis, son zamanlarda istehlakçılarda inam yaradan avtomatlaşdırılmış avtomobilləri misal gətirir. Tesla Model S-in sürücüləri, avtomobilin idarəetməsini avtopilot sisteminə ötürürlər. Bir sıra istehsalçılar isə sükansız avtomobillər istehsal etməyə başlayırlar. 10 ildən sonra minlərlə insan öz daşınma və təhlükəsizlik proseslərini avtopilota həvalə edəcəklər. Beləliklə məhsuldarlıq qalxacaq, qəza riski isə aşağı düşəcək. Belə ki, yol nəqliyyat hadisələri statistikalarına nəzər saldıqda görmək olar ki, insanlar avtomobili pis idarə edirlər. Dövlər idarəetməsi sistemində də işlər o qədər də yaxşı deyil. Hakimiyyətdə duran insanların çox hissəsi digər insanların xeyrinə deyil, öz eqolarının xətrinə qərarlar qəbul edirlər. Cəmiyyət isə həmin dövlət rəhbərlərini, onların siyası baxış nöqtələrinə görə deyil, görünüş və danışıq qabiliyyətinə görə seçir. Süni zəka prezidenti isə bir tapşırıq həll edirmişcəsinə ölkə ilə bağlı problemləri həll edə və insanların hüquqlarını pozmadan onları xoşbəxt edə bilərdi. Davis etiraf edir ki, bu halda alqoritm böyük çətinliklərlə qarşılaşa bilər. Belə ki, prezident ani qərarlar qəbul etməli və bir neçə addım qabağı planlaşdıraraq ona tanış olmayan vəziyyətdə fəaliyyət göstərməlidir. Bununla yanaşı Davis qeyd edir ki, süni zəka sahəsindəki son ixtiralar, alqoritmlərin bunun öhdəsindən gələ biləcəyini sübut edir. Son 1 il ərzində “Google” şirkətinin süni zəkası, məşhur Go oyununda dünyanın ən bacarıqlı oyunçularını geridə qoyub. Qeyd etmək lazımdır ki, bu oyun adi şahmatdan daha qəlizdir. Belə ki, oyunda reallaşdırılması mümkün olan oyun kombinasiyalarının sayı kainatdakı atomların sayından çoxdur. Bununla belə alqoritm, çətin qərarları qəbul edə, strategiya qura, risk və gözlənilməz şərtlərdə hərəkətə keçməyi bacardı.

Təsəvvür edin ki, 2003-cü ildə prezident qismində süni zəka iştirak etsəydi, alqoritm, Səddam Hüseyn barədə hesabatları bir anın içində analiz edib, kütləvi qırğın silahları barədə məlumatları tədqiq edib belə bir nəticəyə gələcəkdi ki, İraq ərazisinə daxil olmaq, demokratiyanın yayılmasına heç bir köməklik göstərməyən mənasız ideyadır. Bura həmçinin Vyetnam müharibəsi də daxildir” – deyə Davis bildirib. Neyroşəbəkə əsasında qurulmuş alqoritmlər, böyük həcmli məlumatları incələyib öz səhvlərindən nəticə çıxara bilir. Bu iki xüsusiyyət müasir siyasətçilərdə çatışmayan özəlliklərdir. Davis-in fikrincə ümumiyyətlə insanlar rəqəmsal əsrə uyğunlaşmayıblar. “İnsanların çox hissəsi hətta öz elektron poçt ünvanlarına daxil olan məlumatları idarə edə bilmirlər. Bu halda dövlət orqanları tərəfindən ötürülən məlumatlar, ordunun və iqtisadiyyatın idarə olunmasından söz belə gedə bilməz” – deyə Davis bildirib. Davis-in fikrincə süni zəkanı təkcə biliklər ilə deyil, həmçinin dəyişən dünyanı əks etdirən baxış və dəyərlərlə də zənginləşdirmək əsri artıq çox yaxındadır. Bu isə o deməkdir ki, müəyyən vaxtdan sonra robotlar siyasətçilərdən daha yaxşı qərar qəbul edə biləcəklər. Lakin bununla belə alqoritmlər, mənfi cəhətlərdən azad deyillər. Onlar mənfi rəylərə məruz qalır, öz yaradıcılarının fəlsəfi və mədəni özəlliklərini daşıyırlar. Prezident vəzifəsində olacaq süni zəka, qanunları pozmadan və minimal riski nəzərə alaraq firavanlığa aparacaq yolu tapmalı olacaq. Ümumi xoşbəxtlik uğrunda o öz zehniyyət sərhədlərini keçməli olacaq. Digər tərəfdən isə süni zəka prezidentini hack edərək onun, abstrakt ideyalar uğrunda məntiqə sığmayan qərarlar qəbul etməsini reallaşdırmaq olar. Məsələn, qlobal istiləşmə təhlükəsi səbəbilə atmosferə karbon qazının ifraz edilməsini azaltmaq üçün milyonlarla insanı məhv etmək. Bundan əlavə olaraq süni zəka prezidentinin qəbul edəcəyi qərarlar, biz adi insanlar üçün həmişə sirr olaraq qalacaq. Əslində prezident qismində çıxış edən adi insan üçün də bunu aid etmək olar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..

×