
Süni zəka şahmatdan tutmuş go-ya kimi məntiqli oyunları insandan daha yaxşı oynayır.
Bu ilin Yanvar ayında Libratus adlı süni zəka alqoritmi limitsiz Texas pokerində 4 professional oyunçuya qalib gələrək 1.8 milyon dollar udmuşdu. İndi isə alimlər həmin süni zəkanın bunu necə etdiyini müəyyən ediblər. Bu barədə Science Daily saytı xəbər verib. Hər bir oyunçunun oyun taxtasında istənilən zaman işlərin gedişatını bildikləri go kimi məntiq oyunlarından fərqli olaraq poker gizli informasiya ilə işləmək üzərində qurulub.
Məlum olub ki, bu oyunda qalib gəlmək üçün süni zəka informasiya çatışmazlığının olduğu hər bir oyunda tətbiq edilən üsuldan istifadə edib. Həmin üsul həmçinin real həyat sahələrində, iş danışıqlarında, kibertəhlükəsizlikdə, maliyyədə və hərbi işlərdə istifadə olunur. Poker üçün spesifik olan hər hansısa üsuldan Libratus adlı süni zəka istifadə etməyib. Süni zəkanın işi 3 mərhələdən ibarət olub. İlk mərhələdə Libratus oyunun daha sadə modelini yaradıb. 10 üstü 161 dərəcədə mümkün olacaq qərar variantlarının analizi yerinə həmin sadələşdirilmiş modeldə çalışmaq süni zəka üçün daha asan olub.
Daha sonra o, ilk raundlar üçün
oyunun dəqiq strategiyasını öyrənmiş, sonrakı raundlar üçün isə təqribi oyun
strategiyasını öyrənmişdir. Oyun prosesində süni zıəka öz səhvlərini analiz edərək
daha dəqiq oyun modelini yaratmaq üçün hərəkət planlarına düzəlişlər edirdi.
Bundan əlavə olaraq o həmçinin rəqiblərin səhvlərini də analiz edərək özünə
qarşı oyunda həmin rəqiblərə qarşı həmin səhvləri istifadə edirdi. Beləliklə
Libratus-un uğur sirri ondan ibarət idi ki, oyunu uyğun modelləşdirilmiş hissələrə
ayırmaq və həmin modellərə dəyişikliklər əlavə etmək. Libratus-un bu üsulu təkcə
insanlara qarşı deyil, həmdə digər süni zəka sistemlərinə də qarşı effektiv
olub. Məsələn Libratus indiyənə kimi poker oyununda ən güclü hesab olunan Baby
Tartanian8 botuna qalib gəlib.
Şərh yoxdur